Xəstəxanada dərman verilməyən kişi özünü pəncərədən atdı - YENİLƏNİB
Bu gün saat 00:15 radələrində Ağstafa rayonu Köçvəlili kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb.
KONKRET.az bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, pasiyentə dərhal tibbi yardım göstərilib və "Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət" diaqnozu təyin olunub: "Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib".
Qeyd edilib ki, oktyabrın 7-də 1979-cu il təvəllüdlü (kişi) şəxs xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin müayinə zamanı xəstəyə "Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)" diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib.
***
Ağstafa xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsində baş verib.
Belə ki, rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsində xəstə kimi müalicə alırmış. Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü ikinci mərtəbədən atıb.
Dərhal ona ilkin tibbi yardım edilib. Buna baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq