Xətai rayonunda hər ay təmir adı ilə qazı kəsirlər' - Nura Suri - AÇIQLAMA
Kommunal xidmətlərin tez-tez və heç bir xəbərdarlıq edilmədən birdən-birə kəsilməsi vətəndaşların ən çox şikayət etdiyi problemdir.
"Azəriqaz"la bağlı problem bu dəfə müğənni Nura Surinin də başına gəlib. O bildirib ki, bu problem illərdir davam edir.
azxeber.com xəbər verir ki, müğənni sosial şəbəkə hesabında Xətai rayonunda hər ay təmir adı ilə qazın kəsildiyini yazıb.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev azxeber.com-a müğənninin şikayəti ilə bağlı açıqlama verib və bu fikrin əsassız olduğunu söyləyib:
"Bu cür qaz kəsilmələri yayda, qışda da olur, amma bu qrafiklə Xətai rayonunda qazın dayandırılması ilə bağlı fikirlər əsassızdır. Qaz kəsiləndə ümumi Xətai rayonu kəsilmir, müəyyən bir hissədə kəsilir, o da əgər sızmalar, qəzalar olarsa kəsilir. Bu kimi hallar baş verəndə qaz məcburi dayandırılır. Ümumilikdə bütün Xətai rayonunda qazın kəsilməsi iddiası absurddur. Hər ay, iki aydan bir, bir ildən bir boru xəttində sızma aşkar olunarsa, məcbur qaz dayandırılır. Qısa müddət ərzində bu problem aradan qaldırılır".
Ayşən


Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur