"Xəzər Lənkəran" Premyer Liqaya QAYIDACAQ? - AFFA-nın yeni prezidentindən AÇIQLAMA

" class="imgbcode" />Bu gün AFFA-nın yeni rəhbəri seçilən SOCAR prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.az həmin müsahibəni təqdim edir:
– Milli komandanın baş məşqçisi kim olacaq? Yerli, yoxsa əcnəbi mütəxəssis?
– Keçən ilin dekabrında xüsusi komissiya yaradılıb. Müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb. Danışıqlar artıq tamamlanmaq üzrədir, rəsmiləşdirilməsi vəzifəsini yerinə yetirəcəyik. Sadəcə zaman yeni İK-nin vaxtına düşür. Amma yenə müzakirə olunacaq. İstənilən qərarın verilməsində yerli-əcnəbi faktoru yox, millimizdən gözlədiyimiz oyun tərzinin ön plana çıxmasıdır. Yerli və əcnəbi də ola bilər. Məşqçi haqda qərarı verəndə bacarıq, baxış və dəyərləri düşünməliyik. Daha çox fokuslanmalı olduğumuz həmin məşqçinin bizə verəcəyi əlavə dəyər, inkişafdır.
– Son 6-7 il ərzində AFFA rəhbərliyi mətbuatdan uzaq idi. Siz də "Neftçi"yə gələndə sizi tez-tez görə bilmirdik. Sizin media ilə əlaqəli nəsə proqramınız, ideyanız var? Tez-tez görünəcəksiniz, yoxsa sizi ildə 1-2 dəfə görəcəyik?
– Futbolun inkişafına futbola aidiyyəti olan qurumların və şəxslərin birgə fəaliyyəti nəticəsində nail ola bilərik. Futbol mediası da futbolumuzun ayrılmaz, önəmli hissələrindən biridir. AFFA-nın məqsədlərinə çatmasında sizin də köməyiniz olacaq. Media olmadan bu mümkün deyil. Maliyyəni təyin etmək üçün milli çempionatımızda məhsul formalaşdırmalıyıq. Bu da maliyyə vəsaitinin cəlb edilməsidir. Burada medianın rolu danılmazdır. AFFA media ilə daha da sıx işləyəcək. Müəyyən dövrdən sonra zaman lazımdır ki, strategiya üzərində işləyək. Media nümayəndələri ilə görüş keçirəcəyik. Həmin görüşü media ilə qapılar arxasında danışarıq. Hansı çətinliklər var, medianın AFFA-dan gözləntiləri nədir, öz aramızda müzakirə edərik. Qapalı qapılar arxasında insanlar fikirlərini daha rahat şəkildə ifadə edə bilir. Futbolun inkişafında bizə dəstək verəcək media kimi görəcəyik. Suallarınız da olarsa, AFFA-ya müraciət edə bilərsiniz. Vaxtaşırı konfranslar keçirəcəyik.
– Keçmişdə qalan illərdə milli komandalar səviyyəsində heç bir uğur görməmişik. Bizim üçün son ümid budur. Azərbaycan millisinin heyətində uğurlu olan veteranlarla bağlı planlarınız nədir?
– Əslində, bu sualın cavabını əvvəlki çıxışımda bildirdim. Millidə oynamış bütün üzvlərdən bəhrələnəcəyik. Konkret necə? Onunla bağlı biz müəyyən proqram düşünəcəyik.
– "Qəbələ" hazırda sonuncu pillədədir. Orada infrastruktur çox yaxşıdır. Bu komandanı bir il itirə bilərik. Planlara əsasən, Premyer Liqada klubların sayı arta bilər? "Qəbələ" Liqada qala bilər?
– İK-də qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdır. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil tələb edir. İK-nin bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq. Hansısa qərarı verəcək, digər ölkələrdəki təcrübəni də nəzərə alacağıq. Nəyə fikir vermək lazımdır, nə işləyir, nə işləmir, bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindir. Bəzi qərarlar qısa müddətdə qəbul oluna bilər. Liqanın formatı ilə bağlı təhlil aparacağıq.
– Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib özləri kənara çəkilir. Siz necə edəcəksiniz? Məsuliyyəti üzərinizə götürəcəksiniz?
– Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan insan kimi futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Buna bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacağam. Amma İK-dəki, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
– Milli komanda zəif bənd rolunu oynayır. Udanda da tənqid olunur, məsxərəyə qoyulur. Bunu nə ilə əlaqələndirirsiz? Futbol üzərində maraqların toqquşmasıdır?
– Bu sualı cavablandırmaq çətindir. Necə məsxərəyə qoyulub? Bir-iki nəfər? Bu futbol icması deyil. Gərək hamının səsini nəzərə alaq. Bir-iki nəfər söz deyirsə, o demək deyil ki, bütün futbol icmasının rəyidir. Bəli, millimizdir, Azərbaycanı təmsil edir. Uğurlu gündə də, uğursuz günlərdə də komandanın yanında olmalıyıq. Kritik şərhləri verməliyik, öz fikirlərimizi bölüşdürməliyik. Oyunçuların ailələri, övladları var. Onlara qarşı şəxsi, düzgün olmayan, qeyri-etik sözlərin işlədilməsi düzgün deyil. Amma yenə də söz azadlığıdır, hər insan fikrini ifadə etməkdə azaddır. Millimiz bizim şərəf yerimizdir. Daim onların yanında olmalıyıq. Xarici çempionatlarda görürük ki, azarkeşlər uduzan komandasını da alqışlayır. Bəzən səndən zəiflərə də uduza bilərsən. Həmin gün oyunçuların motivasiyası aşağı ola bilər. Futbolu maraqlı edən bu növ hallardır. Mütəxəssislər öz fikirlərini səsləndirməkdə sərbəstdir. Amma oyunçuların insan olduğu, onların da yaxınlarını unutmamaları düzgün olardı.
– AFFA-da bəzi postlar boşdur. "Neftçi"dəki klubdan kimisə AFFA-da görə bilərik?
– Bu gün seçilmişəm. İmkan olmayıb müzakirə edək. Qısa müddətdə bunları müzakirə edib, AFFA-nın təşkilatı strukturunda da dəyişiklik edilməsi mümkündür. Hansısa departament, şöbələrin birləşməsi, ayrılması mümkündür. Ola bilər ki, növbəti iki ilə ehtiyac olmasın. Strukturu görüb, daha sonra müzakirə etmək lazımdır. Bu gündən "Neftçi"nin MŞ-nın iştirakıma xitam verirəm. Kiminsə bura gəlməsi AFFA-dakı tələblərdən, "Neftçi"dəki qərarlardan asılı olacaq. Azərbaycan futbolunun inkişafı naminə, tək "Neftçi" yox, digər klublarla müzakirələr apara bilərik. "Sabah"ın Masazırdakı stadionuna çox azarkeş gəlir. O təcrübənin onlardan öyrənilməsi çox yaxşı olardı. Klub atributunun satılmasında "Qarabağ" çox irəlidədir. Həmin klublarda çalışan mütəxəssislərin dəyərli fikirlərindən yararlanmaq çox dəyərli olacaq.
– "Xəzər Lənkəran" cəbhədə son vaxtlar sıçrayış var. Onların premyer Liqaya qayıtması AFFA-nın gündəmində var?
– Hələ ki, bu müzakirə mövzusu deyil. Liqada olub-olmamalarına AFFA qərar vermir, ədalətli rəqabət nəticəsində oyun meydançasında müəyyənləşir. Bu sual bizə yox, komandaların uğurlu nəticəsindən asılı olan qərardır. İK-nın səalahiyyətləri müəyyənləşib. Hansı komandanın harada olması mandata daxil deyil.
– Baş məşqçinin təyinatı üçün son gün təyin edilib?
– Artıq baş verməli idi, müəyyən hüquqi məsələlərin müzakirəsinə görə uzanıb. Məşqçilərlə danışıqlar aparılıb. Məşqçilərin adını niyə səsləndirə bilmirəm? Çünki onlarla razılaşmaya əsasən, məxfi saxlanılır. Həmin məşqçilərin xahişinə görədir. Dekabrda bu proses başlanılıb. Əldə edilmiş razlıqlara hörmətlə yanaşırıq. Artıq açıqlanmalı idi. Hüququ məsələləri qısa müddətdə yekunlaşdırmağa çalışacağıq. Milli qarşıdakı oyunlara hazırlıq görməlidir. Baş məşqçinin hazırlıq üçün vaxtı olmalıdır.
– İK-də futbol adamlarının sayı cəmi 2 nəfərdir. Futbol adamlarının az olması nə ilə bağlıdır?
– Futbola bağlı olan insanların sayı cəmi 2 deyil, icazə verin, razılaşmayım. Sabiq futbolçuların sayı ikidir. Amma futbol aləmində olan, futbola müxtəlif dövrlərdə bağlılığı olan, inkişafına töhvə verən insanlar cəlb edilib. Maliyyə, infrastrukturdan, uşaq futbolunun, teleyayımın inkişafından, sponsorların cəlb edilməsindən danışırıq. Bütün bunlar müxtəlif sahələrdə müxtəlif bacarıq tələb edir. İK-nin üzvləri də futbola sevgisi olan insanlardır.
– Bu gün "Neftçi" – "Qarabağ" matçında keçmiş komandanıza azarkeşlik edəcəksiniz?
– Səlahiyyətlərim bu gündən başlayır? Artıq bu gündən başladı. Zarafat edirəm. Bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. Milli komandamızın, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlindən gələni əsirgməyən İK-nin üzvündən biri olacam. Avropa yarışlarında, ümid edirəm ki, komandalarımız daha irəli gəlir. Həmin oyunlarda daha rahat azarkeşlik etmək olar. Klublarımız avrokuboklarda çıxış edəndə hamımız dəstək veririk. "Qarabağ"ın uğurları göstərdi ki, avrokuboklarda yalnız azarkeşlərin hamısı onları dsətəkləyir.

İdman     Baxılıb: 128   Tarix: 02 aprel 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ÇL: "Real" və PSJ-nin oyunlarına harada baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələsində dördüncü turunun bəzi oyunları Azərbaycan telekanalları vasitəsilə canlı yayımlanacaq. xəbər verir ki, oyunlara "CBC Sport" və İctimai TV-də baxmaq mümkün olacaq. 5 noyabr

"Qalatasaray"ın baş məşqçisi Qurban Qurbanova mesaj göndərdi

Türkiyəli şərhçi Ertem Şener "Adam Adama" verilişinin növbəti buraxılışında "Qalatasaray"ın baş məşqçisi Okan Buruk ilə "Qarabağ" barədə danışıb. -a istinadən xəbər verir ki, O.Buruk verilişd

Avropa Liqası: IV turun oyunları başlayır

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin IV tur oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" Çexiyada "Viktoriya" ilə üz-üzə gələcək. Qey

"Qarabağ"ın oyununa ikinci əl bilet satışına qarşı tədbirlər görülür

"Qarabağ"ın oyununa ikinci əl bilet satışına qarşı tədbirlər görülür. " "Qarabağ"ın Çempionlar Liqasındakı oyunları ilə bağlı biletlərin ikinci əl satışının (qara bazarın) qarşısını almaq məqsədil

Azərbaycanlı hakim "Arsenal"ın oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinə təyinat alıb. xəbər verir ki, 38 yaşlı hakim IV tur çərçivəsində keçiriləcək "Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə

Gənclər Liqası: "Qarabağ" "Çelsi"yə məğlub oldu

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib. KONKRET.azreport-a istinadla xəbər verir ki, əsas mərhələnin IV turunda Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edən Ağda

Türkiyəli atlet Azərbaycan Prezidentinə təşəkkür etdi

Türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Genc Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib. xəbər verir ki, bunu "Report"un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşına açıqlamasınd

Azərbaycan boksçusu İslamiadanın qalibi oldu

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub. -a istinadən xəbər verir ki, o, 80 kq-da fərqlənib. Milli üzvü finalda Türkiyə təmsilçisi Sultan Osmanlını məğlub edərək qızıl medal qazanı

"Saçlarımı da ona görə sarıya boyamışdım, özümə gələ bilmirəm..." - Mahir Emreli

"O, mənim dayımoğlu yox, qardaşım idi. Biz bir evdə böyümüşük". xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib. O, noyabrın 1-də meyiti tapılan dayısıoğl


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər xəbər.az şou biznes xəbərləri xeberler bu gun