Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa

Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsaXəzər dənizinin dayazlaşması ilə əlaqədar Qazaxıstanın Aktau şəhərində fövqəladə vəziyyət elan edilib.
Bu barədə Aktau akimliyindən (qubernatorluğu) bildirilib. Qeyd olunub ki, bu qərar mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün qəbul edilib. Xəzər dənizində geri çəkilmə təkcə iqtisadi ziyanlar gətirmir, həm də ekosistemə ciddi təhdidlər yaradır.
Bəs, bu təhdidlərin qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmlər doktoru Əmir Əliyevlə həmsöhət olduq.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Xəzər dənizi canlı orqanizmdir:
"Ona görə də dənizin səviyyəsi zaman-zaman qalxır və enir. Elmi təcrübə göstərir ki, hər 200 ildən bir Xəzər dənizinin səviyyəsi qalxır və növbəti 200 ildə enir. Xəzərin sonuncu ən hündür səviyyəsi 1830-cu illərdə olub. Bundan sonra  enmələr başlayıb. Enmə prosesi 2050-ci ilə qədər davam edəcək.
Ondan sonra dəniz suyunun qabarma dövrü başlayacaq. 1978-ci ildən 1995-ci ilə qədər Xəzər dənizində müəyyən qabarmalar oldu. Bu hesaba da Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard ABŞ dolları dəyərində ziyan dəydi.
Xəzər dənizinin okeanla əlaqəsi olmasa da o özü-özünü tənzimləyir. İndiki geri çəkilmə də təbii prosesdir. Və bu hal bir müddət davam edəcək. Son dövrlər Xəzərə düşən yağıntıların miqdarı azalıb. Eyni zamanda Volqa və Ural çaylarında sululuq son dövrlər 30 faiz azalıb.
Nəzərə almaq lazımdır ki, Xəzərə axıdılan suların 90 faizi bu çayların payına düşür. Bu çayların üzərindəki siklonların və antisiklonların olması çaylardakı sululuğa ciddi şəkildə təsir edir. Lakin, dəniz suyunun azalması kritik həddə çatmayacaq. Çünki, Xəzər canlı bir orqandır və özü-özünü tənzimləyir".
Şöbə müdiri dəniz səviyyəsinin aşağı düşməsinin ciddi fəsadlarından da danışıb:
"Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin bir sıra ciddi ziyanları var. Ən əsası ekosistem böyük ziyan görür. Bioloji resurslar azalır. Xüsusən də, dənizdəki canlılar ciddi itki ilə üz-üzə qalır. Çünki, dəniz geri çəkildikcə balıqların çayların deltalarına çıxması və burada kürü tökməsi çətinləşir.
İkincisi, bu vəziyyət gəmiçiliyə ciddi problem yaradır. Bildiyiniz kimi böyük gəmilər limanlara balaca kanallar vasitəsi ilə yaxınlaşır. Dəniz geri çəkildikcə həmin kanallar dolur və gəmilər limanlara yaxınlaşa bilmir.
Bunun kənd təsərrüfatına da da ciddi ziyanı var. Dəniz sahilindəki ərazilər sürətlə şoranlaşır. Ən çox ziyan görən sahələrdən biri də turizm sektorudur. Çünki, dəniz səviyyəsi geri çəkildikcə sahildəki turizm obyektləri sudan daha çox uzaqda qalır. Bu da turistlərin sahil ərazilərdəki obyektlərə marağını azaldır".
Ənvər Əliyev problemdən çıxış yolundan da danışıb:
"Xəzərin bu şıltaqlığına adaptasiya olmaq lazımdır. Geri çəkilmənin qarşısını almağa yetəcək heç bir qüvvə yoxdur.Yaxşı olardı ki, Xəzəryanı dövlətlər bir araya gəlsin, Birgə Mərkəz yaratsınlar. Birgə monitorinqlər aparılsın. Yalnız 5 dövlətin birgə fəaliyyəti nəticəsində Xəzərdə baş verən proseslərə nəzarət etmək olar". / azxeber.com

Sosial       Tarix: 11 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeber son xeberler azerbaycan en son xeberler bu gun