Kartınız təhlükədədir - VACİB XƏBƏRDARLIQ
Rəqəmsal ödənişlərin sürətlə yayılması ilə birlikdə onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin rahatlıqla yanaşı, bu proses istifadəçilər üçün müəyyən təhlükələri də özü ilə gətirir. Xüsusilə bank kartı məlumatlarının qorunması məsələsi diqqətdən kənarda qalmamalıdır.
KONKRET.az xəbər verir ki, mütəxəssislər onlayn alış-veriş zamanı vətəndaşlara bir sıra vacib təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir.
İlk növbədə ictimai Wi-Fi şəbəkələrindən istifadə edərək ödəniş etmək risklidir. Bu cür şəbəkələrdə şəxsi məlumatların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi ehtimalı daha yüksək olur.
Eyni zamanda, istifadəçilərə ünvan hissəsində kilid işarəsi və ya "https:" qeyd olunmayan veb-saytlara kart məlumatlarını daxil etməmək tövsiyə olunur. Bu cür saytlar etibarlı sayılmır və məlumatların oğurlanması riski yarada bilər.
Digər vacib məqam isə kart məlumatlarının brauzer və ya veb-sayt yaddaşında saxlanılmamasıdır. Bu, gələcəkdə mümkün kibertəhlükələrin qarşısını almaq baxımından mühüm addım hesab olunur.
Mütəxəssislər vurğulayır ki, sadə təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşlar həm maliyyə itkilərinin, həm də şəxsi məlumatların oğurlanmasının qarşısını ala bilərlər.//yenisabah.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı