Milli Məclisin sədri Britaniya səfiri ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
Bu barədə azxeber.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə dost və tərəfdaş ölkələr olan Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin qarşılıqlı etimad və dəstəyə əsaslanaraq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Yüksək səviyyəli səfərlərin və görüşlərin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti önə çəkilərək, Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərləri, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin COP29-da iştirak üçün ölkəmizə səfəri, həmçinin qarşı tərəfdən reallaşdırılan bir sıra digər yüksək səviyyəli səfərlər qeyd olunub.
Söhbət zamanı bildirilib ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas tərkib hissələrindən biridir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyatımıza ən çox investisiya yatıran ölkədir. Milli Məclisin sədri bu kontekstdə enerji sahəsində əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.
Milli Məclisin sədri özünün Birləşmiş Krallığa səfərlərini, həmçinin Birləşmiş Krallığın ölkəmizdə səfərdə olan yüksək səviyyəli təmsilçiləri ilə keçirdiyi çoxsaylı görüşləri məmnunluqla xatırlayaraq, bu səfərlər və görüşlər zamanı aparılan müzakirələrin parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan biridir. Sahibə Qafarova qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və sıx dialoqun əhəmiyyətindən danışıb.
Fergus Auld ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib.
Görüşdə tərəflər humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunaraq vurğulayıblar ki, ölkələrimizin təhsil sahəsində yüksək səviyyəli əməkdaşlığı xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK