XİN başçısı: 'Ermənistanın təxribatları üçtərəfli bəyanatların və Brüssel razılaşmalarının pozulmasıdır
"Ermənistanın təxribatları liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusudur".
azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar görüşündə deyib.
C.Bayramov son günlərdə Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar törədildiyi, Ermənistanın hücumları nəticəsində hərbi qulluqçularımızın şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri çərçivəsində yalnız hərbi obyektlərin hədəf alındığını vurğulanıb.
Ermənistan tərəfinin bu təxribatlarının liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib.
Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb.
Beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan tərəfi əldə edilmiş atəşkəs razılığını pozduğu, Azərbaycan tərəfindən humanitar atəşkəs niyyətinin elan edilməsinə baxmayaraq mövqelərimizə hücum etməkdə davam etdiyi diqqətə çatdırılıb.

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı