XİN-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirildi

XİN-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirildiAzərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün xarici işlər nazirinin müavini Araz Əzimov tərəfindən brifinq keçirilib.
Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, brifinq zamanı iştirakçılar post-münaqişə dövründə regionda mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə məlumatlandırılıb.
A.Əzimov müharibədən sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış edən tərəf olduğunu, beynəlxalq hüquq norma və prinsiplərinə, ələlxüsus dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun şəkildə ikitərəfli əsasda Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu bəyan etdiyini diqqətə çatdırıb.
İlk gündən bu mövqeyin hər kəsə aydın olduğu və prosesin üç istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində həll yollarının danışıqlar masasında olduğu bildirilib. Bu gün Azərbaycanın sülh niyyətinin ən aydın təzahürünün tərəfimizdən işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə iki ölkənin sərhədinə yaxın ərazilərdə tikilən hava limanlarının olduğu qeyd edilib. Bunun qarşılığında isə Ermənistanın erməni əsilli sakinlərin yaşadığı ərazilərimizdə hərbi təxribatlar törətməsinin, radiodalğalar ilə hava limanları vasitəsilə uçuşların həyata keçirilməsinə maneçilik törətməsinin bu ölkənin əsl niyyətini bəlli etdiyi diqqətə çatdırılıb.
Sülh gündəliyi ilə bağlı Azərbaycan tərəfindən sərgilənən aydın mövqeyə baxmayaraq, Ermənistan tərəfindən heç bir beynəlxalq hüquq normasına və məntiqə sığmayan, əsası olmayan tələblərin irəli sürülməsi, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin edilməsinin qəbuledilməz olduğu bildirilib. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tərəfindən rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı bəyanatın verilməsinə baxmayaraq, əməldə Ermənistan tərəfindən atılan addımların birbaşa ərazi bütövlüyümüz və suverenliyimizə qarşı olduğu, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri ilə müşayiət olunduğu diqqətə çatdırılıb. Bu xüsusda, atılan addımların normallaşma və sülh prosesini ləngitməyə, yeni böhranlar və sülhə xidmət etməyən müzakirələr yaratmağa hesablandığı və bu baxımdan sülhə deyil, Ermənistanın təhlükəli məqsədləri və gündəliyinə xidmət etdiyi bildirilib.
Laçın yolu ilə bağlı vəziyyətdən bəhs edən nazir müavini hər şeydən əvvəl bu yolun da Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olduğunu vurğulayıb və bu xüsusda, Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək "Ağdam-Xankəndi" yolundan istifadənin təklif olunduğunu diqqətə çatdırıb.
Ermənistan tərəfinin isə bir tərəfdən yerli erməni əhalinin bu imkanlardan istifadəsinin qarşısını aldığı, digər tərəfdən isə "humanitar yardım" adı ilə nümayişkaranə şəkildə daxili işlərimizə müdaxilə etdiyi, yaradılan şoular ilə beynəxalq ictimaiyyəti yanlış yönləndirdiyi bildirilib. Vurğulanıb ki, Ermənistan tərəfi həqiqətən Azərbaycan ərazi bütövlüyünü dəstəkləyirsə, "Ağdam-Xankəndi" yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə maneə törətməməlidir.
Bu xüsusda, beynəlxalq ictimaiyyətin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli olduğunu, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən, yanlış terminologiyadan çəkinilməsinin vacibliyini vurğulayıb.
Sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə olunub, habelə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunmasının əhəmiyyəti qeyd edilib.
Daha sonra brifinq sual-cavab hissəsi ilə davam edib.

Siyasi       Tarix: 28 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond

Bu ölkədə yeni Prezident SEÇİLDİ

Sağçı Xalq Qüvvəsi Partiyasının namizədi Keiko Fuximori Peruda keçirilən prezident seçkilərində qalib gələrək ölkə tarixində demokratik seçkilər yolu ilə prezident seçilən ilk qadın olub. ajansaz-a istinadən xəbər verir ki

İsrailin müdafiə naziri: "Trampın İrana təzyiqi "Hizbullah"ı çökməkdən xilas etdi"

İsrailin müdafiə naziri İsrail Katc ABŞ prezidenti Donald Trampın İran və Livan məsələlərini bir-birinə bağlamasının regional dinamikaya, xüsusilə də "Hizbullah"ın aqibətinə birbaşa təsir etdiyini bildirib. Naziri

Azərbaycan–Aİ tərəfdaşlığı yeni üfüqlərə doğru irəliləyir - Hikmət Hacıyev

Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin fotosunu paylaşıb. xəbə

Deputat: Azərbaycan Türk və İslam dünyasının etibarlı tərəfdaşıdır

"Son günlər ölkəmizin paytaxtı Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirilməsi, eyni zamanda Azərbaycan və Türkmənistan prezidentlərini

SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi

Ötən gecə SEPAH İraqın Ərbil şəhərinin şərqindəki Göy Sancaq bölgəsində İran hökumətinə müxalif silahlı kürd qruplaşmalarının düşərgəsinə zərbələr endirib. xəbər verir ki, bu haqda İraq mediası məlumat yayıb. PUA və rake

Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal

Ermənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür. xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediad

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycan və Ermənistan vətəndaşları üçün itkin düşmüş şəxslər, eləcə də onların dəfn yerləri barədə məlumatların konfidensial qaydada (anonim şəkildə) təqdim edilməsi imkanı yaradılacaq. KONKRET.aztrend-ə istinadən xəbə

Nazir: 'Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nd


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi cəbhədən yeni xəbərlər xeberler son xeberler az