XİN-dən Aİ Şurasının Ermənistanda missiya yaratmasına REAKSİYA

XİN-dən Aİ Şurasının Ermənistanda missiya yaratmasına REAKSİYAAzərbaycan, Aİ Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
Qeyd olunub ki, belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq.
Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.
Azərbaycan tərəfi, Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir.
Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan, normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib.
İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılılmasına baxmayaraq, bəzi Aİ üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyəti Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu. Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesini etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi.
Əslində isə, Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı.
Azərbaycan, Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb.
Azərbaycan tərəfindən Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə Aİ-nin Ermənistanda missiyasının mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib.
Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir.

Siyasi       Tarix: 24 yanvar 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini bu ölkənin Prezidenti Ülle Madiseyə təqdim edib. -un məlumatına görə, diplomat bu barədə "facebook" səhifəsində bildirib. Görüş zamanı tərəflər Azərbaycan-Estoniy

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsm

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb. KONKRET.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Ankar

Məğlubiyyət dövründən zəfərə və yeni milli hədəflərə doğru

"Yeni Azərbaycan Partiyasının 34 illik tarixi ölkəmizin müstəqillik dövründə keçdiyi böyük siyasi yolun ayrılmaz bir parçası, mühüm salnaməsidir. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılan təşkilat qısa bir vaxtda-cəm

Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Qeyd edək ki


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri haqqinda melumat son xeber sonxeber.az cəbhədən son xəbərlər 2026