XİN-dən Ermənistan rəhbərliyinin cəfəng bəyanatına SƏRT REAKSİYA

XİN-dən Ermənistan rəhbərliyinin cəfəng bəyanatına SƏRT REAKSİYAXİN-dən Ermənistan rəhbərliyinin cəfəng bəyanatına SƏRT REAKSİYA
"Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş nazirinin "münaqişənin diplomatik həlli olmadığını" vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini "sülhsevər" kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır".
Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında qeyd edilib.
"Məhz Ermənistanın Azərbaycana qarşı müharibə başlatdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir hərbi işğal altında saxladığını və öz doğma yurdlarından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik.
Ermənistanın 27 sentyabr 2020-ci ildən bəri Azərbaycana qarşı əl atdığı yeni təcavüzü beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunur", - deyə XİN-dən bildirilib.
Məlumatda qeyd edilib ki, müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən, humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil:
"Həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc Azərbaycan əhalisini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyildir.
Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır; Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danışıqlar yolu ilə həllinə başlamalıdır.
Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar". /oxu.az

Siyasi       Tarix: 22 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət en son xeberleri en son xəbərlər bugün cəbhədən görüntüleri