XİN: "Ermənistanın "humanitar yük" adı ilə konvoylar göndərməsi Azərbaycanın ərazi bütövlüyünə qəsddir
"Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi "Laçın" sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə "humanitar yük" adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, "Laçın" sərhəd-buraxılış məntəqəsinə qarşı növbəti təxribatdır".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Ermənistan tərəfinin Moskvada, o cümlədən, hazırkı vəziyyətlə bağlı ətraflı müzakirələrin aparıldığı danışıqlardan dərhal sonra belə bir addım atması bu ölkənin prosesdə səmimi olmadığını, vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir:
"15 iyun tarixində Laçında sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılıq hallarına cəhd edilməsi daxil olmaqla, Ermənistan tərəfinin sözügedən təxribatı, bu ölkənin məkrli təcavüzkar siyasətdən əl çəkmədiyinin bariz nümunəsidir. Bu təxribat bir daha göstərir ki, Ermənistanın "bölgədə gərgin humanitar vəziyyət" iddiaları bu ölkənin manipulyasiyası və qeyri-qanuni fəaliyyətləri davam etdirmək niyyətindən başqa bir şey deyil.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün "Ağdam-Xankəndi" yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir.
Qeyd edilən təxribatda Avropa İttifaqının Ermənistandakı Missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirib.
Bu kimi təxribatlardan əl çəkməyi Ermənistan tərəfindən bir daha tələb edirik". / azxeber.com

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
Xamenei atasının dəfnində iştirak edəcək?
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu