Xızı sakininin evində silah və döyüş sürsatları aşkarlandı
Daxili işlər orqanları tərəfindən narkotik maddələrin dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Mehman Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,233 qram çəkidə narkotik maddə olan heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevə məxsus Şuraabad qəsəbəsində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan narkotik maddə olan tiryək, satış üçün kibrit qutularında və sellofan bükümlərdə saxlanılan ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə bir ədəd əl qumbarası, bir ədəd partladıcı və 17 ədəd 9 mm patron aşkar edilərək götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb