Xocalı qatili Balasanyan İrəvandan Bakıya gətirilə bilərmi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, separatçı rejimə məxsus "lider"lərin həbs olunması fonunda Vitali Balasanyanın da həbs edilməsi ilə bağlı Azərbaycan xüsusi-xidmət orqanları tərəfindən cinayət işinin başlandığı qeyd olunub.
Lakin Vitali Balasanyanın Ermənistana qaçdığı iddia olunur. Bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb. "Vitali Balasanyan Ermənistandadır, ürəyində ciddi problem var və hazırda həkimlərin nəzarəti altındadır. Digər təfərrüatlar hələlik məlum deyil", - məlumatda deyilib.
Bəs Balasanyan Azərbaycan tərəfindən həbs oluna bilər? Onun İrəvandan Bakıya gətirilməsi mümkündür?
Məsələ ilə bağlı azxeber.com-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Balasanyanın Azərbaycana təhvil verilməsi yalnız iki dövlət arasında sülh müqaviləsi imzalanacağı halda baş verə bilər:
"Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi cinayətlər törətmiş Vitali Balasanyanın həbs olunması istiqamətində addımlar atılsa da, onun həbs olunması mümkün olmadı. O, müəyyən yollarla Ermənistana qaçmağı bacardı. Digər separatçılar Arayik Arutyunyan, Ruben Vardanyan, Davit Babayan, Bako Saakyan, Arkadi Qukasyan həbs edilsə də, Vitali Balasanyan bu həbslərdən yayına bildi. Düşünürəm ki, baş verən bu həbslərlərdən xəbər tutan Balasanyan ermənilərlə birgə Ermənistana gedə bilib. Onun Azərbaycana təhvil verilməsi istiqamətində ilk növbədə Ermənistanla Azərbaycan arasında bir sülh müqaviləsi olmalıdır. Tərəflər arasında sülh müqaviləsi bağlandıqdan sonra hüquqi müstəvidə razılaşmalar olmalıdır və onun həbsi həyata keçirilməlidir.
Hesab edirəm ki, Ermənistan tərəfi onu Azərbaycana qəti şəkildə təhvil verməyəcək, yalnız Azərbaycanın təhlükəsizlik orqanları onu zərərsizləşdirə bilər. Əgər Balasanyan hansısa bir üçüncü ölkəyə getməyə cəhd edərsə, bu zaman onun həbsi mümkün olar. Düşünürəm ki, o, Ermənistan ərazisində olduğu müddətdə onun həbsi və onu mühakimə etmək mümkün olmayacaq".
Ayşən Mirzəyeva
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"