Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya Ədalət!" Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində fevralın 26-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Gənclər Fondunun dəstəyi, "İRƏLİ" İctimai Birliyinin, Azərbaycan Milli Konservatoriyasının və  "Cadenza" Orkestrinin birgə təşkilatçılığı ilə "Xocalıya Ədalət" adlı tədbir keçirilib.
Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə Azərbaycan Gənclər Fondu tərəfindən elan edilən və Xocalı soyqırımını süni intellektdən istifadə edərək yaradıcı gənclərin gözü ilə işıqlandırmaq, gənclərin yaddaşına həkk etmək məqsədi daşıyan "Xocalıya Ədalət gənclərin gözündə" adlı süni intellekt müsabiqəsinin sərgisi təşkil edilib. Sərginin yekununda müsabiqənin münsiflər heyəti olan məşhur fotojurnalist Reza Deqati və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasovun iştirakı ilə müvafiq olaraq I, II, III yer tutan  və fərqlənən gənclərin təltifetmə mərasimi keçirilib.  
Xocalı sakinlərinin, rəsmilərin, gənclər təşkilatlarının nümayəndələrinin və gənclərin iştirak etdiyi "Xocalıya Ədalət!" adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və  "İRƏLİ" İctimai Birliyinin sədri Şahin Rəhmanlı Xocalı soyqırımına siyasi qiymətin verilməsinin  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının "Xocalı Soyqırımı Günü" kimi yad olunması barədə qərar, 1995-ci ildə isə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.
Diqqətə çatdırılıb ki, hazırda müxtəlif kommunikasiya vasitələri və resurslarından geniş şəkildə istifadə edərək Xocalı həqiqətlərini qlobal şəkildə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya Ədalət" Beynəlxalq Maarifləndirmə Kampaniyası geniş fəaliyyət göstərir.
Faciədən 32 il ötməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə tam hüquqi-siyasi qiymət verilməsə də, ötən ilin sentyabr ayında baş tutan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də dövlət suverenliyi tam təmin olunub. Bildirilib ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə bu torpaqlarda ədaləti bərqərar edib. Bütün bunlar bu illər ərzində gənclərin vətənpərvər və ümummilli məsələlərdə fəal olaraq yetişdirilməsinin bariz nümunəsidir. Faciədən illər ötsə də, Azərbaycan xalqının öz başına gətirilən bu hadisələri heç zaman unutmayacağını və gələcək nəsillərə ötürəcəyi tədbirdə qeyd olunub.
Tədbir zamanı 32 il öncə Xocalıda donmuş ananın qucağında öldüyü güman edilən 2 yaşlı körpə - Kübra Mahmudova və onun xilaskarı Əsəd Fərəcov haqqında "Belə-belə işlər" komandası tərəfindən "Xocalıya Ədalət" Kampaniyası çərçivəsində hazırlanan videosüjet nümayiş edilib.
Tədbirin bədii hissəsində "Cadenza" Orkestrinin təqdimatında "Lay-lay", "Matəm odası", "Aria", "Adagio", Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivinin təqdimatında "Çanaqqala" oratoriyasından "Ninni", "Azərbaycan" və gənc musiqiçilərin təqdimatında müxtəlif musiqi əsərləri səsləndirilib.
Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARXocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARXocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARXocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARXocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 27 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler sonxeber az xeberler bugun 2026 xeber