Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə qeydiyyat başladı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üzrə qeydiyyat başladıDövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
DİM-dən azxeber.com-a bildirilib ki, 2023/2024-cü tədris ili üçün V ixtisas qrupu ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı başlanıb.
Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə qeydiyyat mayın 17-dən 30-dək aparılacaq. Bədən tərbiyəsi və idman istiqaməti üzrə qeydiyyatın vaxtı barədə DİM-in saytında əlavə məlumat veriləcək.
Abituriyentlər (subbakalavrlar) ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiya üzrə qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə ən azı 60 bal, rejissorluq ixtisası üzrə 120 bal, xoreoqrafiya ixtisası üzrə 30 bal toplayan abituriyentlər keçə bilərlər.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış) topladıqları ümumi balı 40 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər keçə bilərlər. Rəqs müəllimliyi ixtisasına qəbul olmaq istəyən abituriyentlərin topladıqları bal 30 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və ya daha yuxarı olduqda qeydiyyatdan keçməyə icazə verilir.
DİQQƏT!
Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə mayın 30-dək DİM-in saytında "Subbakalavrın elektron ərizə"sini doldurub təsdiq etməlidirlər. Təhsil məlumatları tam olmayan XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlar tələb olunan məlumatların qeyd olunan tarixdən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamalıdırlar. Daha sonra subbakalavrlar 30 may saat 23:59-dək müvafiq qabiliyyət komissiyası üzrə də qeydiyyatdan keçməlidirlər. Yəni onlar əvvəlcə "Subbakalavrın elektron ərizə"sini təsdiq edib sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.
Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Abituriyentlərə/subbakalavrlara "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2023-cü ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə "Abituriyent" jurnalının xüsusi buraxılışlarında yaxın 2 gün ərzində dərc ediləcək. Burada ali təhsilin bakalavriat və magistratura, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapacaq.
Qeydiyyat, qəbul qaydaları, müsabiqə şərtləri, qabiliyyət imtahan komissiyaları haqqında daha geniş məlumatla buradan tanış ola bilərsiniz.

Sosial       Tarix: 17 may 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən video metbuat sonxeberler son xəbərlər bugün 2026