Ya vətəndaş müharibəsi, ya da Paşinyanın həbsi - Ermənistan seçim qarşısında
Ölkədə vətəndaş müharibəsinə alternativ Paşinyanın həbsidir.
Publika.az xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" fraksiyasının millət vəkili Naira Zohrabyan 26 fevralda jurnalistlərlə görüşündə bildirib.
"Paşinyanın komendant saatı tətbiq etmək və hakimiyyətinin ömrünü uzatmaq üçün xaosa ehtiyacı var. Azadlıq meydanında toplanan vətəndaşları xain adlandıran Paşinyanın açıqlamaları ilə əlaqədar polis, Milli Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu təcili olaraq tədbir görməyə çağırıram. Çünki Paşinyan bununla qarşıdurmalar üçün bəhanə yaratmaq istəyir. Əlavə olaraq dedi ki, gəlib məni vursunlar. Yəni özü istefa etməyəcək, qan istəyir və vətəndaş müharibəsinin olması üçün hər şeyi edəcək. Adının xainlərin adlarının yanında yazılacağını bilir və indi cəmiyyətdə mərhəmət oyatmağa çalışır. Qarabağa nifrət edir. Hələ 2007-ci ildə dedi ki, Qarabağ bizim baş ağrımızdır və əlaqəni ləğv etmək üçün bu problemlə mübarizə aparmalıyıq".
Onun sözlərinə görə, Paşinyanın dünənki mitinqində iştirak edənlər arasında işdən çıxarılmaqla təhdid edilərək ora gətirilənlər var, amma şüurlu şəkildə onu dəstəkləyənlər də var: "Niyə Paşinyanın tərəfdarları noyabrda təslim aktını imzalayarkən onların fikirlərini nəzərə almadığını soruşmadı?"
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər