Yağışlı havada bunu edənlər 40 AZN CƏRİMƏLƏNƏCƏK
Bakıda yağışlı havalarda piyadaların üzərinə qəsdən palçıqlı yağış suyu sıçradan sürücülərə rast gəlinir. Belə vəziyyət vətəndaşları narahat edir və bu halların qarşısının alınmasını istəyirlər.
Bu məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir:
Maddədə deyilir ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə olunur. Bunun üçün vətəndaş belə bir halla qarşılaşan zaman 102 xidmətinə və yol polisinin 902 xidmətinə müraciət edib, əraziyə polis çağıra bilər.
Mövzu ilə bağı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, harada gölməçə varsa, sürücü həmin yerdən ehtiyatla keçməli, sürəti minimuma endirməlidir ki, su yol kənarında hərəkətdə olan və ya dayanmış piyadaların üzərinə sıçramasın:
"Əgər sürücü qəsdən idarə etdiyi avtomobillə piyadanın üzərinə su sıçradarsa, onda onu cərimə gözləyir. Piyadalar əgər hər hansı nəqliyyat vasitəsi tərəfindən su sıçradılması halına məruz qalarsa, onda bununla bağlı şikayət edə və həmin şəxsin cərimələnməsini təmin edə bilər.
Digər tərəfdən şəhərdəki kameralar vasitəsilə də bu kimi halların yaşanması sürücülərin cərimə edilməsi ilə nəticələnə bilər". / azxeber.com

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu