Yaponiya ərazisinə giriş qaydalarını sərtləşdirir
Yaponiya səlahiyyətliləri koronavirusun yeni növlərinin ortaya çıxması ilə əlaqədar bütün xarici vətəndaşlar üçün giriş qaydalarını sərtləşdirəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səhiyyə, Əmək və rifah naziri Norihisa Tamura NHK telekanalındakı çıxışında açıqlayıb.
"Yeni koronavirus ştammlarının təsbit edildiyi bir sıra ölkələrlə əlaqədar olaraq giriş qaydalarımız sərtləşdirilib. Biz bu qaydaları bütün ölkələrə aid etməyi düşünürük", - nazir bildirib.
Daha sərt tələblərə uyğun olaraq, Yaponiyaya gələnlərin hamısı COVID-19 üçün PCR testindən keçir və nəticəni üç gün ərzində ixtisaslaşmış karantin müəssisələrində gözləyirlər. Üçüncü testdən keçdikdən sonra müsbət nəticə olduğu halda əcnəbilər vətənə qayıdır və iki həftə orada karantində qalırlar. Qaydalar Böyük Britaniya, İtaliya, Fransa, Çex Respublikası və digərləri də daxil olmaqla, 17 ölkənin vətəndaşlarına şamil edilir.
Aytən Məftun
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək