Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Yaponiya və Venesuela sahillərində bir-birindən bir neçə dəqiqəlik fasilə ilə iki güclü zəlzələ baş verib.
KONKRET.azapa-ya istinadən xəbər verir ki, zəlzələlər nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.
Məlumata görə Venesuela sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Moron şəhəri yaxınlığında, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Azı bir neçə hündürmərtəbəli yaşayış binasının qismən dağıldığı bildirilib.
"Reuters"-in Delsi Rodrigezə istinadən verdiyi məlumata görə, Venesuela hakimiyyəti zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.
Rodrigez, həmçinin Karakasın Mayketiya Beynəlxalq Hava Limanının ziyana görə bağlandığını açıqlayıb.
Zəlzələdən sonra hakimiyyət orqanları Puerto-Riko və ABŞ Virgin adaları üçün sunami xəbərdarlığı verib.
Demək olar ki, eyni vaxtda Yaponiyanın İvate prefekturası sahillərində də 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələlər Sakit Okeanda qeydə alınıb və bu da Yaponiya hakimiyyətini sunami xəbərdarlığı verməyə və potensial təsirləri izləməyə vadar edib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR