Yaponlar Cənubi Kuril adalarının geri qaytarılmasını Rusiyadan TƏLƏB EDİR
Yaponiyanın ultrasağçı təşkilatlarının üzvləri Sovet İttifaqının Yaponiyaya qarşı müharibəyə girməsinin 77-ci ildönümündə Rusiyanın diplomatik nümayəndəlikləri qarşısında küçələrə çıxıblar.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, etirazçılar "şimal ərazilərinin" geri qaytarılmasını tələb ediblər.
İfrat sağçı təşkilatların nümayəndələri Rusiyanın Osakadakı Baş Konsulluğunun qarşısında şüarlar səsləndirib:
"Şimal əraziləri Yaponiyanındır. Habomai, Şikotan, Kunaşir və İturup adalarını qaytarın!"
Rusiya diplomatik nümayəndəliyinə gedən küçələrdə hasarlar qurulub. Aksiya iştirakçıları Rusiya konsulluğunun qapıları qarşısında adaların geri qaytarılmasını tələb edən mətni oxuyublar.
Rusiya və Yaponiya arasında ərazi mübahisəsi İkinci Dünya Müharibəsinin bitməsindən bəri həll olunmamış qalır, tərəflər hələ də sülh müqaviləsi bağlamayıb. Müharibədən sonra bütün Kuril adaları SSRİ-nin tərkibinə daxil edilib.
Eyni aksiya Rusiyanın Tokiodakı səfirliyinin yanında da keçirilib.
Hər iki diplomatik nümayəndəlik RİA Novosti-yə bildirib ki, onlar "normal iş rejimində" işləyirlər.
Qeyd edək ki, Yaponiya Ukrayna ilə bağlı anti-Rusiya sanksiyalarına qoşulduqdan sonra 2022-ci ilin martında Rusiya Kuril adalarının statusu və sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlardan imtina edib.Həmçinin Kuril adalarında yaponlar üçün vizasız rejimi ləğv edilib. Aprel ayında Yaponiya da Rusiya ilə vizasız mübadilələri dayandırıb.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR