YAŞAT' Fondundan qazi Amillə bağlı - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, teleaparıcı Azər İsmayılov (Azər Zahid) "tiktok" sosial şəbəkəsində qazilərə yardım etməsi ilə bağlı video yayımlayıb.
azxeber.com xəbər verir ki, onun qazi Amil Əliyevə dialoqu isə gündəmə çevrilib.
Qazi səhhəti ilə bağlı açıqlamasında "Bilirəm ki, xarici ölkələrdə gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər" deyə bildirib.
Azər Zahid eyni zamanda qaziyə 1530 AZN pul verib.
azxeber.com məsələnin aktuallığını nəzərə alaraq dövlətin qazimizə hansı yardım etməsi ilə bağlı "YAŞAT Fondu"na sorğu ünvanlayıb.
Fonddan bildirilib ki, qazi Amil Əliyevə 5 min manat yardım edilib:
"Müharibə əlilli Amil Əliyev Faiq oğluna məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətləri üzrə yardım edilib. Belə ki, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 2021-ci ilin 18 mart və 2021-ci ilin 24 sentyabr tarixlərində daxil olan müraciətləri təmin olunaraq ümumilikdə 5000 AZN vəsait onun bank hesabına köçürülüb.
Eyni zamanda şəxs İsrail dövlətindən dəvət olunan həkim heyəti tərəfindən müayinə edilib.
Nəzərinizə çatdıraq ki, "YAŞAT" Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz".

"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
Tanınmış alpinist infarkt keçirdi
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
UFC: Nazim Sadıxov nakautla məğlub olub
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
Bu gecə hər ikisi meydana çıxacaq
Qızıl və gümüşün qiymətində artım qeydə alındı
Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi