Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO
Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. 
Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu üç qonşu ölkənin payına düşür. Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır.
Maraqlıdır, görəsən, turizm sektorunda artım dinamikasını qorumaq üçün konkret hansı məqamlara diqqət yetirilməlidir? Bu istiqamətdə əlavə hansı addımların atılmasına ehtiyac var?
"Kaspi" qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:
Azərbaycan cəlbedici ölkələrdən sayılır
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, ötən illərlə müqayisədə bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayında təxminən 40 faizə yaxın artımın qeydə alınması müsbət tendensiyadan xəbər verir.
Onun sözlərinə görə, hazırda Azərbaycan gəlmə turistlər üçün cəlbedici ölkələrdən sayılır:
"Demək olar ki, dünya üzrə turizm bazarı 2022-ci ildə təxminən 70 faizə yaxın, 2023-cü ildə 95 faiz bərpa olunub. 2024-cü ildə isə bu sahənin tamamilə bərpa olunacağı proqnozlaşdırılır. Düzdür, Azərbaycan bu göstəricilərdən nisbətən geri qalır, amma yenə də artım müşahidə olunur. Bu, gözlənilən vəziyyətdir. Çünki Azərbaycanda quru sərhədlər bağlıdır, turistlər ölkəmizə ancaq hava yolu ilə gəlirlər".
Turizm sektorunda canlanma: "Hava limanları səmərəli fəaliyyət göstərməlidir"
Mütəxəssis vurğulayıb ki, ölkəmizə daha çox turistin cəlb edilməsi üçün mövcud imkanlar daha da genişləndirilməlidir:
"Bu gün Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Amma bu dinamikanı qorumaq üçün həm də əlavə addımların atılmasına ehtiyac var. Məsələn, ölkədəki beynəlxalq statusa malik hava limanları daha səmərəli fəaliyyət göstərməlidir. Qalma yerlərinin artırılması üçün təşviqat işləri aparılmalıdır. Eyni zamanda, bilet qiymətləri optimallaşdırılmalıdır. Əgər bu istiqamətdə konkret addımlar atılarsa, gediş-gəliş daha çox olar. İstənilən halda, nəqliyyat qiymətləri turizm paketlərinin içərisində xüsusi əhəmiyyətə malikdir. Yəni başqa yerlərə səfər etmək üçün əsas səbəblərdən biri də həmin ölkənin əlçatanlığıdır. Burada tək viza prosedurlarının sadə yolla əldə edilməsi deyil, eyni zamanda nəqliyyatın daha uyğun qiymətə ərsəyə gəlməsidir. Artıq bir neçə ölkə ilə viza tələbi ləğv olunub, proses sadələşdirilib. Bu qərar daha çox ölkəni əhatə etməlidir. Əsas hədəf bazarlarından Azərbaycana gəlişi təmin etmək üçün viza tələbi ləğv olunmalıdır. Ona görə ki, viza rüsumu o dərəcə də gəlir gətirmir".
Turizm sektorunda canlanma: Turistlər uzaq rayonlara getmək istəmirlər
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov hesab edir ki, 2024-cü il ölkəmizdə turizm sektorunun tamamilə bərpası ili kimi yadda qala bilər:
"Cari ildə ölkəmizə gələn turistlərin sayında ciddi artım müşahidə olunur və bu hal bizi də sevindirir. Bu dinamikanı qorumağa çalışmalıyıq. Bunun üçün ilk növbədə logistika problemləri həllini tapmalıdır. Məsələn, regionlara sürət qatarlarının olması çox vacibdir. Elə rayonlar var ki, uzaqdır, turistlər getmək istəmirlər. Halbuki həmin rayonların təbiəti və qonaqpərvərliyi digər rayonlardan zəif deyil. Çox istərdik ki, sürət qatarlarının əhatəsi genişlənsin. Düzdür, bu, bir az vaxt ala bilər və böyük maddi vəsait tələb edir. Amma digər tərəfdən də turistlərin sayında artım olacaq və bu da öz növbəsində pul axınıdır. Gələcəkdə çəkilən xərclər gəlirlərlə əvəzlənəcək".
Qiymətlərin optimallaşdırılmasına ehtiyac var 
Milli Məclisin üzvü, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, pandemiyadan öncə Azərbaycanın illik turizm gəlirləri 2,7 milyard dollara yaxın olub:
"2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Çünki turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər".
Turizm sektorunda canlanma: Hədəf ildə 3,8 milyon nəfərə yaxın turistdir
Dövlət Turizm Agentliyi isə 2028-ci ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 3,8 milyon nəfərə çatdırmağı hədəfləyir.
Agentliyin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva qeyd edib ki, yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü hesab edilir:
"Bu da daha çox turistik səfər deməkdir. Bu baxımdan qarşıdakı mövsüm özündə ölkəmizdə turizmin bərpası istiqamətində mühüm imkanları ehtiva edir. Bununla belə, gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi və yeni bazarlarda təbliğat işini gücləndirmək, ölkəmizə birbaşa uçuşların sayının artırılması, ümumən ölkənin daha əlçatan olması kimi amillərin önəmi qeyd olunmalıdır. Geniş planda əsas hədəf 2028-ci ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 3,8 milyon nəfərə, daxili turizmdə səfərlərin sayını isə ildə 7,3 milyona çatdırmaqdır".
Qurum rəsmisi vurğulayıb ki, turizm imkanlarının təbliği və ölkənin tanıdılması üçün il ərzində müxtəlif beynəlxalq sərgilərdə iştirak edilir, hədəf ölkələrdə tədbirlər, təqdimatlar təşkil olunur.  / oxu.az

Turizm     Baxılıb: 3049   Tarix: 05 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə dunyada son xeberler cəbhədən yeni xəbərlər xəbər.az