Yeni İl gecəsi gözəl görünməyin sirrləri - Qırmızı, yaşıl, ilan dərisi
2025-ci ilin gəlməsinə sayılı günlər qalıb. Bu isə o deməkdir ki, onu necə, harada və kiminlə qeyd etmək barədə düşünməyin vaxtıdır.
Gələn il, şərq təqviminə görə, müdrikliyi, sakitliyi və bollğu təcəssüm etdirən Yaşıl Odlu İlanının himayəsi altında keçəcək.
azxeber.com Yeni il gecəsi hər bir qadının qarderobunda üstünlük təşkil etməli olan, bu ilin simvollarını əks etdirən geyimləri sizin üçün araşdırıb.
Bayram axşamı şarmlı və diqqət çəkən görünmək istəyən qadınlar yaşıl, eləcə də qırmızı, qəhvəyi, qara və qızıl çalarlara üstünlük verə billərlər.
Parçalar arasında isə ilan dərisi çapı, məxmər, ipək, saçaq aktual olacaq.
Bu Yeni ilin əsas rəngi "nəcib" yaşıldır. Zümrüd və tünd yaşıl rənglər zərif görünüş yaratmaq üçün ən uyğun çalarlardır.
Yaşıl ayaqqabılar və ya yaşıl zinət əşyaları ilə də siz bayram görünüşünüzü tamamlaya bilərsiniz.
Qırmızı rəng ənənəyə uyğun olaraq hər zamanki kimi bu il də Yeni il əhval-ruhiyyəsini ifadə edir və ən çox bayram paltarları və dekorasiyalarda istifadə olunur.
İlin əsas gecəsində siz xüsusilə parıldamaq istəyirsinizsə qızılı və ya gümüşü çalarda parıldayan geyimləri seçə bilərsiniz. Onu mövsümün ən dəbli rəngi - qəhvəyi ilə birləşdirmək daha məqsədəuyğundur.
Aysel Hacızadə

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu