Yeni rektor kimdir?

Yeni rektor kimdir?Xəbər verdiyimiz kimi, polkovnik Gündüz Əbdülov Milli Müdafiə Universitetinə rektor təyin edilib.
azxeber.com "Qafqazinfo"ya istinadən yeni rektorun dosyesini təqdim edir:
Əbdülov Gündüz Əliş oğlu 1976-cı ildə Şuşa şəhərində anadan olub.
2000-ci ildə Türkiyədə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.
2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlayıb, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.
Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi - Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirib.
Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində başda NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik edib.
Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik edib.
2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub.
Azərbaycan Respublikası Prezidenti adından "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2003)" və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, "Qüsursuz xidmətə görə" 3-cü, 2-ci və 1-ci dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, eləcə də Vətən Müharibəsi dövründə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə"medalları ilə təltif olunub.
Gündüz Əbdülov 29 aprel 2022-ci ildə Qarabağ Regional Təhsil İdarəsinə müdiri, 2023-cü ildə isə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri təyin olunmuşdu.
Ailəlidir, 4 övladı var.

Sosial       Tarix: 12 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri sou xeberler ən son xeberler bugünki xəbərlər