Yeni sədr onların da qohumlarını işdən çıxardı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi, Audit şöbəsinin müdiri İlham Aslan vəzifəsindən azad edilib.
azxeber.com "Unikal"a istinadən xəbər verir ki, bu barədə AHİK sədri Sahib Məmmədov Əmr imzalayıb.
Hələlik İlham Aslanın yerinə təyinat yoxdur.
Qeyd edək ki, İ.Aslan müdafiə nazirinin sabiq müavini - Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayevin bacısı oğludur.
Eyni zamanda, AHİK-nin Audit şöbəsinin müdir müavini Orxan Həbibbəyli də vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.
O.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qardaşı oğludur.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Möhbalıyeva də sözügedən qurumun Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.
Xatırladaq ki, Sahib Məmmədov AHİK-nin avqustun 26-sı keçirilən növbədənkənar VII qurultayında yeni sədr vəzifəsinə seçilib.

Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqladı
Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Ucarda 62 yaşlı kişi küçədə öldü
Gəncədə iki avtomobil toqquşub - Xəsarət alanlar var
DÇ-2026: Niderland- Yaponiya 2:2
Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ
Zelenski G7 sammiti çərçivəsində Putinlə danışıqlar aparmağı təklif etdi