Yer kürəsi daha bir nüvə fəlakətilə qarşı-qarşıya - Çernobl yanır
Ukraynanın Çernobl bölgəsində 4 apreldə başlanan meşə yanğınını söndürmək hələ də mümkün olmayıb.
Publika.az xəbər verir ki, yanğın 34 il əvvəl dünyanın ən böyük ekoloji fəlakətinin yaşandığı Çernobl Atom Stansiyasının yerləşdiyi bölgəyə yaxınlaşmaqdadır.
Yanğın böyük hissəsi partlayışdan sonra təxliyə edilmiş 12 kənd, məzarlıq və geniş ağaclıq sahələrini əhatə edib.
Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada ətrafa yayılan tüstü səbəbilə yanğının əhatə etdiyi bölgəni tam müəyyənləşdirməyin mümkün olmadığı bildirilib. Açıqlamada yanğının başlamasına dair 3 ehtimal vurğulanıb: birincisi, qonşu Yitomir rayonunda yanğın olması, ikincisi, bölgədəki elektrik xətlərində qısa qapanma, üçüncüsü isə qəsdən yanğın çıxarmadır.
Ukrayna rəsmi dairələrindən ötən həftə verilən açıqlamada yanğın sahəsində radiasiyanın normadan 14 qat daha çox olduğu bildirilib.
Xatırladaq ki, 26 aprel 1986-cı ildə Çernobl AES-in 4 nömrəli reaktorunda baş verən partlayış nəticəsində dünya tarixinin ən faciəli hadisəsi yaşanmışdı. Stansiya 2000-ci ildə bağlanmışdı.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi