"Yetim Sabir"in adamları tutuldu - Bakıda ƏMƏLİYYAT
Kriminal avtoritet "Yetim Sabir"in adamları Bakıda saxlanılıb. Onlar külli miqdarda narkotik vasitə satışı və istifadəsi ittihamı ilə həbs ediliblər. Onlardan biri saxlanılmadan bir həftə əvvəl Türkiyədə "Yetim Sabir"lə görüşdə olub.
KONKRET.az Musavat-a istinadla xəbər verir ki, həmin şəxs 21 yaşlı Hüseyn Əliyevdir. Naxçıvanda, Babək rayonunda anadan olan Hüseyn Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
İttihama görə onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilib. Həmin gün Hüseyn Əliyevlə yanaşı daha 14 nəfər saxlanılıb. Daha sonra onlardan bir neçəsinin də üzərindən narkotik vasitə aşkar edildiyindən barələrində müvafiq maddələrlə ittiham irəli sürülüb. Saxlanılan şəxslərin də "Yetim Sabir"ə yaxınlığı olduğu bildirilir.
Hüseyn Əliyevin işi ayrıca icraata verilib. Onun sözlərinə görə hadisədən bir həftə əvvəl Türkiyədə olub. O, dostu Kamranın dəvəti ilə Türkiyəyə istirahət üçün getdiyini, "Yetim Sabir"lə də görüşdüyünü etiraf edib.
Onun ifadəsindən məlum olub ki, saxlanılanlardan 7 nəfərin üzərindən narkotik vasitə aşkar edilərək götürülüb. O da həmin şəxslərin üzərinə baxış keçirilən zaman orada olub.
İttihamla özünü təqsirli bilməyən Hüseyn Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Yetim Sabir" kimi tanınan kriminal avtoritet mərhum Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılır. Onun Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilməsi ilə bağlı xəbərlər yayılsa da öz təsdiqini tapmadı. "Yetim Sabir"in Türkiyədə olması ilə bağlı məlumatlar var.
"Yetim Sabir" son olaraq kriminal aləmdə "Gəncəli Firdovsi" kimi tanınan Firdovsi Mustafayevlə mübahisəsi ilə gündəmə gəlmişdi. Hətta "Yetim Sabir"in "Gəncəli Firdovsi" tərəfindən bıçaqlandığı bildirilirdi.
Xidmetler [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu