Yığmamız bu gün elit-raunda vəsiqə qazana bilər
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
KONKRET.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı sınağa çəkəcək.
U-19 yığmamız qələbə qazanacağı təqdirdə, elit-raunda vəsiqə qazana bilər. Bunun üçün Bosniya və Herseqovinanın məğlub olması lazımdır.
Bosniyalıların millimizlə xalları bərabər olacağı təqdirdə, ilk olaraq top fərqinə, daha sonra isə vurulan toplara baxılacaq.
Daha öncə Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən Azərbaycan millisi Niderlanda 1:2 hesabı ilə uduzub.
AÇ-2024, seçmə mərhələ
21 noyabr
21:00. Lüksemburq – Azərbaycan
21:00. Bosniya və Herseqovina – Niderland
Xal durumu: Niderland – 6. Bosniya və Herseqovina – 4. Azərbaycan – 1. Lüksemburq – 0.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı