Yoluxmada REKORD: ÜST-dən CİDDİ XƏBƏRDARLIQ
Pandemiya hələ də sürətlənməkdədir. Bunun bir səhiyyə böhranından daha çoxu olduğunu bilirik. Bu, eyni zamanda, iqtisadi, sosial və artıq bir çox ölkədə siyasi böhrandır.
Publika.az xəbər verir ki, bu sözləri BMT yanında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Dünya miqyasında gündəlik yoluxmalarda yeni rekordun qeydə alınması barədə danışan baş direktor pandemiyanın təsirlərinin on illərlə hiss ediləcəyini bildirib.
Qebreyesus dünyanın qarşılaşdığı ən böyük təhdidin virus deyil, qlobal birlik və lider əskikliyi olduğunu vurğulayıb: "Bölünmüş dünya ilə bu pandemiyanı məğlub edə bilmərik. Pandemiyanın siyasiləşdirilməsi onu şiddətləndirdi. Hamımız təhlükəsizlikdə olana qədər heç birimiz təhlükəsizlikdə deyilik".
Qeyd edək ki, ÜST son 24 saat ərzində 183 min 20 yeni yoluxma faktı qeydə alıb.
Yoluxma sayındakı əvvəlki artım 18 iyunda olmuşdu – 181 min 232 nəfər.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək