Yunanıstan 25 zabiti Türkiyə ilə sərhədə göndərir - SƏBƏB
Yunanıstan Əfqanıstandakı böhran səbəbindən ölkədə qanunsuz miqrasiyanın artmasından qorxur və bununla əlaqədar Türkiyə ilə sərhəddə sərhədçilərin sayını artırıb. Bir neçə ay ərzində daha 25 zabit Yunanıstan sərhəd qüvvələrinə qoşulacaq. Onların ümumi sayı 1750 olacaq. Hava limanlarında və Türkiyə sərhədinə yaxın bölgələrdə işləmək üçün təxminən 800 sərhədçi işə götürüləcək.
Publika.az Yunanıstan hökumətinin məlumatına istinadla xəbər verir ki, müvafiq qərar Əfqanıstanda Taliban tərəfindən hakimiyyəti ələ keçirməklə bağlıdır.
Yunanıstanın miqrasiya naziri Notis Mitaraçi bildirib ki, Avropa İttifaqı daxilindəki əksər ölkə qanunsuz miqrasiyanın qarşısını almaq üçün tədbirləri gücləndirməyi tələb edir. "Avropa müharibə edən ölkələrlə həmsərhəd deyil. Gələn insanların çoxu son tranzit ölkədə risk altında deyillər, buna görə də miqrasiya siyasətinin necə işlədiyini və sərhəd təhlükəsizliyinin necə fəaliyyət göstərdiyini yenidən nəzərdən keçirmək vacibdir", - deyə Mitaraçi bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək