Yunanıstan ordunu Türkiyə sahillərinə göndərdi: Saatlar sonra nələr olacaq?
Şərqi Aralıq dənizində Türkiyə-Yunanıstan gərginliyi yüksəldəcək daha bir hadisə baş verib.
Publika.az xəbər verir ki, Lozanna və Paris anlaşmasında Ege dənizindəki adaların silahsızlaşdırılması ilə bağlı müəddəalarını pozan Yunanıstan Meis adasında prezidentin də iştirakı ilə "qurtuluş bayramı" keçirməyə hazırlaşır.
Yunanıstanın Prezidenti Katerina Sakelaropulu Meis adasının "qurtuluşu"nun 77-ci ildönümü münasibətilə bu gün adaya gələcək.
Məlumatlara görə, Afinadan Rodosa gedəcək yunan Prezident burada Chinook tipli hərbi helikopterlə Meis adasına gələcək. Yunanıstan Prezidentini iki ada arasındakı qısa səfər zamanı bir radar təyyarəsi və 4 F-16 müşahidə edəcək.
Yunanıstan ordusu da prezidentin səfəri ilə bağlı hərəkətə keçib. Yunanıstanın dənizdən adaya yaxın bölgələrində gəmilər hazır vəziyyətdə gözləyəcək, prezidenti yunan SAT və SAS komandoları qoruyacaq, eləcə də döyüş təyyarələri adanın üzərində və ətrafında uçacaq.
Mərasimin bir neçə saat sonra başlayacağı gözlənilir, artıq yunan ordusu Türkiyə sahillərinə yaxın ərazidə yerləşib.
Qeyd edək ki, Meis adası Türkiyənin Antalya sahillərindən 2 kilometrlik məsafədə yerləşir.
Asif

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA