"Yuventus" avrokuboklardan kənarlaşdırıla bilər
UEFA növbəti mövsümlərdə "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər.
KONKRET.az xəbər verir ki, maliyyə fırıldağına görə bir neçə gün əvvəl "Yuventus"un A Seriyasından 15 xalı silinmişdi.
"La Gazzetta dello Sport"un məlumatına görə, UEFA "Yuventus"u klubun maliyyə pozuntuları ilə bağlı işin digər istiqaməti – maaş saxtakarlığı ilə bağlı "qeyri-idman davranışına" görə Avropa yarışlarından kənarlaşdıra bilər. Belə pozuntular faktı sübuta yetirilərsə, UEFA klubun yeni maliyyə göstəricilərini nəzərə alaraq vəziyyəti öyrənəcək.
2021-ci ildə "Yuventus" maliyyə feyr-pley qaydalarına əməl etmədiyinə görə 3,5 milyon avro cərimələnib. Yaxın 3 ildə Turin təmsilçisinin digər maliyyə pozuntularına yol verdiyi sübut olunarsa, cərimənin məbləği 23 milyon avroya qədər artacaq. İtkilərin miqdarından asılı olaraq, "Yuventus" bir mövsümdən çox avrokuboklardan uzaqlaşdırılmaqla da cəzalandırıla bilər.
Mümkün qadağa yalnız "Yuventus"un avrokuboklara vəsiqə qazanacağı təqdirdə, tətbiq olunacaq. Əgər bu mövsüm klub A Seriyasının ilk 7-liyinə düşə bilməsə, cəza yalnız "Yuventus" Avropaya qayıdandan sonra qüvvəyə minəcək .
Xatırladaq ki, Turin təmsilçisi 15 xalı silindikdən sonra A Seriyasında 10-cu pilləyə düşüb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var