Yuxusuzluğa qalib gəlməyin yolları açıqlanıb - FOTO
Yuxusuzluğa qalib gəlməyin yolları açıqlanıb - FOTO
Uzunmüddətli yuxu problemləri ciddi ürək və beyin xəstəliklərinə səbəb ola bilər.
Bu barədə rusiyalı tibb elmləri doktoru Sergey Xomyakov xəbərdarlıq edib.
Onun sözlərinə görə, yatmazdan əvvəl gəzinti və otağın tam qaranlıq olması yuxusuzluğa qarşı mübarizədə kömək edə bilər.
"Uzun müddət yuxusuz qalmaq son dərəcə təhlükəli haldır. Bioritmlərin uzun müddət patoloji pozulması və ya desinxronoz ürək-damar, beyin-damar xəstəliklərinə, həmçinin endokrin, sinir və reproduktiv sistem xəstəliklərinə gətirə bilər", - deyə Xomyakov izah edib.
Həkim yuxusuzluqdan əziyyət çəkənlərə yatmazdan 1 saat əvvəl təmiz havada gəzməyi, tam qaranlıq və temperaturu təxminən 20 dərəcə olan otaqda yatmağı, yatmazdan əvvəl televizor və qadcetlərə baxmamağı, həmçinin yatmazdan bir neçə saat əvvəl otaqda isti çalarlarlı işıq yandırmağı tövsiyə edib.
Bundan əlavə, Xomyakov xatırladıb ki, hazırda desinxronozun (bioritm pozuntularının patoloji vəziyyəti) müalicəsində melatonin tərkibli dərmanlar istifadə olunur.
"Melatoninin effektivliyi klinik tədqiqatlarda tam sübuta yetirilməyib. Bununla belə, melatonin dəyişən vaxt qurşaqlarına (jet lag) uyğunlaşmaq, həmçinin sirkadiyalı ritmlərin pozulmasından sonra yuxu-oyanma dövrünü bərpa etmək üçün geniş istifadə olunur. Melatonin preparatları təhlükəsizdir və dərmanın terapevtik pəncərəsi və ya dozaj diapazonu genişdir. Melatonin epifiz tərəfindən endogen melatonin istehsalının azaldığı yaşlı xəstələr üçün faydalıdır", - deyə həkim sözlərini yekunlaşdırıb.
Mənbə: RİA Novosti

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü