"Nar"ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır - FOTOLAR

Sərfəli rabitə xidmətləri təqdim edən "Nar", eyni zamanda sosial layihələrə verdiyi davamlı dəstəklə cəmiyyətə töhfə verməyə davam edir.
azxeber.com xəbər verir ki, "Karlara Dəstək" İctimai Birliyi ilə birgə həyata keçirilən "Təlim Məktəbi" layihəsinin 2024-2025-ci il mövsümünün yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda nitq və eşitmə məhdudiyyətli gənclərə modelyer-dizayner peşəsi üzrə təlimləri uğurla başa vurduqlarına dair sertifikatlar təqdim edilib. 
Tədbirdə dövlət qurumları və özəl sektor, həmçinin ictimai təşkilatların nümayəndələri iştirak edib. Konfransda təlim iştirakçılarının əl işləri nümayiş olunub və xüsusilə işəgötürənlər tərəfindən böyük maraqla qarşılanıb. Bu, gənclərə bacarıqlarını tanıtmaq və əmək bazarına çıxış üçün ilk fürsətlərini yaratmaq imkanı verib. Artıq bəzi iştirakçılar layihənin dəstəyi ilə ixtisaslarına uyğun işlə təmin olunub. "Nar" isə digər məzunların da işlə təmin olunması üçün işəgötürənlərlə əməkdaşlığı davam etdirir. Bu yanaşma layihənin real nəticələr verdiyini və davamlı sosial təsirə malik olduğunu göstərir.
"Nar"ın İctimaiyyətlə əlaqələr və korporatv ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova tədbir zamanı bildirib: "Təlim Məktəbi" vasitəsilə biz bu gənclərə yalnız peşə öyrətmir, eyni zamanda onların özlərinə inamını bərpa etməyə, cəmiyyət üçün faydalı fərdlərə çevrilmələrinə də dəstək oluruq. Bu layihə bizim üçün sadəcə sosial məsuliyyət deyil, həm də sosial dəyişimin bir hissəsidir".
Qeyd edək ki, "Nar" müxtəlif sosial qrupların cəmiyyətə inteqrasiyasını dəstəkləyən layihələri prioritet hesab edir. Mobil operatorun həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsləri çərçivəsində regionlarda maarifləndirici layihələrə, inklüziv təhsilə və gənclərin inkişafına davamlı şəkildə töhfə verilir. "Nar"ın dəstəyi ilə gerçəkləşən sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İqtisadiyyat     Baxılıb: 294   Tarix: 21 iyun 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər

Səyahət zamanıbaqajın təhlükəsiz və vaxtında təyinat nöqtəsinə çatdırılması sərnişin təcrübəsininvacib hissəsidir. Azərbaycan Hava Yolları (AZAL) rəqəmsal izləmə sistemləri və əməliyyatmexanizmləri vasitəsilə hər gün minlərl

"Sıfır Tullantı" həmrəylik marafonuna start verildi

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin "Sıfır Tullantı" həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbi

"Azərlotereya" 2025-ci ildə 100.7 milyon vergi ödəyib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləğ

Summer challenge 2026 - qeydiyyat uzadıldı

Yelo Bank-ın karyera qurmaq istəyən dinamik gənclər üçün elan etdiyi "Summer Challenge 2026" təcrübə proqramı start verdiyi ilk gündən tələbə və yeni məzunlar tərəfindən böyük maraqla qarşılanıb. Gənclərdən gələ

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtin

"Kristal"ın Nəsimidə inşa etdiyi prestijli layihə - "Royal Residence

"Kristal"ın premium "Royal Residence" layihəsində təmirə hazır mənzillərin satışı elan olunub. "Kristal"ın paytaxtın prestijli ərazilərindən biri olan Nəsimi rayonunda həyata keçirdiyi "Roya

Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb

ABŞ-İran razılaşması fonunda "Brent" markalı neftin qiyməti 20 apreldən bəri ilk dəfə 93 dollardan aşağı düşüb. "Report"-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:13-ə olan məlumata görə, "Brent"

AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə keçirilən "Building with AI: From Idea to Working Product" birgünlük innovasiya hakatonu uğurl


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun en son xəbərlər bugün xeber.az bu gun bugunun xeberleri