Zakaryan: "Ona deyin ki, cənab baş nazir, niyə hökumətin planına hörmətsizlik edirsiniz?"
Politologiyada "siyasi dalan" termininin istifadə edilməsinə az hallarda rast gəlinir. Amma Ermənistanın hazırkı durumu bu termindən tez-tez istifadə etməyə imkan verir. Dalan ölkəyə çevrilən Ermənistanın siyasi mənzərəsi hər gün dəyişir. Qeyri-konstruktiv mövqe tutan düşmən ölkədə hər kəs özünün ağıllı konsepsiyasını irəli sürür və hakimiyyəti yeri gəldi, gəlmədi tənqid edir.
Bu dəfə hökuməti tənqid etmək növbəsi müdafiə nazirinin keçmiş müavini Artak Zakaryana çatıb. Paşinyanı satqınçılıqda günahlandıran Zakaryan iki il əvvəl baş nazirin seçki qabağı kampaniyada verdiyi vədi unutduğunu bildirib. Daha sonra Zakaryan Avropa İttifaqının ünvanına da tənqidlər səsləndirib:
"2017-ci ildə Avropa İttifaqı rəhbərliyi hüquqi qüvvəyə malik dövlətlərarası saziş imzalayıb. Həmin sazişi də Aİ üzvləri ratifikasiya ediblər. "Orada yazılıb ki, Aİ səy göstərməli, öhdəlik götürməlidir. Avropa İttifaqının prezidenti Şarl Mişel isə birtərəfli mövqe tutur".
Keçmiş nazir müavini hesab edir ki, ermənilərin adı keçən hər yerdə məsələ dərhal onların xeyrinə həll olunmalıdır. Axı onlar "qədim" xalqdır. Belə xəstə təxəyyüllə məsələyə yanaşan erməni ekspertləri özlərini ərköyün uşaqlar kimi aparmaqla ictimai rəyi çaşdırmaqla məşğuldur. Hələ deputatlara səslənən Zakaryan deputatlardan sabah parlamentə gələcək Paşinyana bəzi suallar verməyi də tövsiyə edib:
"Ona deyin ki, cənab baş nazir, niyə hökumətin planına hörmətsizlik edirsiniz? Əgər siz parlamentdə təsdiq olunan və qanuni qüvvəyə malik proqrama belə yanaşırsınızsa, digər proqramların aqibəti necə olacaq? İmzaladığın üçtərəfli bəyanat heç bir şəkildə Qarabağın Azərbaycanın bir hissəsi sayıla biləcəyini ifadə etmir. Xahiş edirəm, bunları baş nazirdən tələb edin", – deyə Zakaryan deputatlara səslənib.
Üçtərəfli bəyanatın şərtlərinə onsuz da əməl etməyən Ermənistan əvvəlcə öz silahlı qüvvələrini Qarabağ ərazisindən çıxartmalı, üçtərəfli sazişin 9-cu bəndinə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir.
Bundan sonra Qarabağ ərazisində yaşayan erməni əhalisinin Azərbaycana reinteqrasiya prosesi başlamalı və Ermənistan buna mane olmamalıdır. Bütün bunları Zakaryan və onun kimi hər gün Azərbaycan əleyhinə danışanlar da gözəl anlayır. Sadəcə başqa çarələri qalmayıb.
Vəli Həsənov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi