Zamanla ölkəmizin geosiyasi imkanları daha da genişləndiriləcək

Zamanla ölkəmizin geosiyasi imkanları daha da genişləndiriləcəkAzərbaycan torpaqları 30 ilə yaxın müddətdə yurdsuz, təcavüzkar ermənilərin işğalı altında qalmışdı. Bu müddətində ermənilər işğal etdikləri əraziləri boşaltmaları barədə BMT-nin bəyannamələrinə nəinki əhəmiyyət vermir, üstəlik yeni əraziləri zəbt etmək üçün digər rayonlarımızı atəşə tutur, hərbi təxribatlar törədirdilər. Bunun nəticəsində isə dinc sakinlər həyatlarını itirirdilər.
Nəhayət Azərbaycan xalqı Ali Baş Komandanın çağırışı ilə vətəni qorumağa qalxdı.
2020-ci il sentyabr ayının 27-də başlanan vətən müharibəsində işğalçı Ermənistan cəmi 44 gün davam gətirə bildi. Azərbaycan bu müharibədə tam qələbə qazandı. Özü haqqında mif yaradan erməni ordusu darmadağın edildi. Azərbaycan öz gücünü bütün dünyaya göstərdi. 
Xalqımız ayağa qalxaraq prezidentin ətrafında sıx birləşdi. 3 minə yaxın fədakar, qəhrəman vətən övladı öz canını vətənimizin azadlığı uğrunda qurban verdi. Ermənilər güclü, vətənpərvər, yüksək səviyyədə hazırlıqlı, müasir texnika ilə təchiz olunmuş ordu ilə qarşılaşdılar. Bu gün də hər bir azərbaycanlı vətənini qorumaq üçün düşmənə layiqli cavab verməyə hazırdır.
Lakin bütün bunlara baxmayaraq Ermənistan öz çirkin əməllərindən yenə də əl çəkmir. Azərbaycan tərəfi də məcbur olaraq xəbərdarlıq edir və müvafiq tədbirlər görür. Dəfələrlə hərbi və siyasi uğursuzluğa düçar olan ermənilər anlamalıdırlar ki, sülh müqaviləsi bağlanmalıdır, əks halda bir daha "Dəmir yumruq"la qarşılaşacaqlar.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz müharibədə Ordumuzun gücünü göstərdik. Eyni zamanda gördük ki, ordunun daha da inkişafına ehtiyac var. Bunu indi hər kəs bilir. 44 gün ərzində bir gün belə geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı.  Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir".
Müharibə başa çatdıqdan sonra dərhal müharibənin nəticələri təhlil edildi. Postmüharibə dövründə bir çox işlər görülməyə başlanıldı. Komando qüvvələri artıq tam formalaşaraq böyük qüvvəyə çevrildi və artıq yeni komando qüvvələri yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı iki dəfə artırılıb. Sərhəd  Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Dəniz Qoşunlarının xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xİdmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. İndi Avropanın ən böyük ölkələri ordu yaradır. Biz buna artıq 15 ildir ki, başlamışıq. Biz əsas Türkiyə və İsrail şirkətləri və digər ölkələrin şirkətləri ilə yeni kontaktlar bağlamışıq. 
Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Biz ilk növbədə öz tələbatımızı maksimum təmin etməliyik. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. Amerika isə faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib. 
Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik".
Artıq Azərbaycanın qələbəsi, haqlı olması siyasi müstəvidə də təsdiqlənib. Müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycan bu gün öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il yanvar ayının 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində indiyə qədər görülən işlər və qarşıda duran prioritet məsələlərdən də bəhs edib.
"Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni müharibədən təzə çıxmış ölkə, özü də ərazimizin 20 faizi tamamilə dağıdılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir. Çünki biz bütün işləri öz hesabımıza edirik" – deyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib.
Bu gün bütün dünyada inflyasiya, qiymət artımı müşahidə olunur, təbii ki, bu inflyasiya Azərbaycana da öz təsirini göstərir. Dövlətimiz işğaldan azad edilmiş ərazilərimizi bərpa etməklə yanaşı, eyni zamanda xalqın rifahını yaxşılaşdırmaq üçün də xeyli işlər görür. İnflasiyanın fəsadlarını yumşaltmaq üçün minimum əməkhaqqı 15 faiz, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16.7 faiz artırılıb. Vətənin azadlığı uğrunda sağlamlığını itirmiş qazilər müalicə etdirilir, müasir protezlərlə təmin olunurlar. Ötən il 1500 şəhid ailəsinə mənzillər verilib, 2023-cü ildə də 1500-dən çox şəhid ailəsinə mənzil verilməsi nəzərdə tutulub.
Dünyada Azərbaycanın enerji resurslarına maraq demək olar ki, günbəgün artır. Cənub Qaz dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladı. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra indiyə qədər heç vaxt Azərbaycana qaz üçün müraciət etməyən 10-dan çox ölkə artıq bizdən qaz almağa başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz həm "Şahdəniz" yatağından, həm də başqa yataqlardan əlavə vəsait gözləyirik. Əgər bütün işlər plan üzrə getsə, bu il "Abşeron" yatağından, gələn il isə, əgər hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz "Azəri-Çıraq-Günəşli" yatağından belə adlandırılan "dərin qaz" hasilatına başlamağı planlaşdırırıq.
Yəni potensial var, Azərbaycanın təsdiq edilmiş ehtiyatları məlumdur, mən onları dəfələrlə bildirmişəm - 2.6 trilyon kubmetr, lakin əminəm ki, bundan qat-qat çox olacaq. 
Azərbaycan qaz sahəsində ən azı 100 il beynəlxalq bazarda öz ehtiyatlarını tədarük edəcək, yəni texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. 
Avropanın, Balkanların, Qərbi Avropanın energetika xəritəsinə geniş nəzər salsaq, bu xəritə birmənalı olaraq müxtəlif arteriyalarla birləşir və bu, həm bizə, həm də onlara uzunmüddətli strategiyanı planlaşdırmaq imkanı verir".
Cənab Prezident eyni zamanda ölkəmizin geosiyasi imkanlarının daha da genişləndiriləcəyini demişdir. Eyni zamanda Azərbaycanın güc və qüdrətini bəyan edərək inamla vurğulamışdır ki, həm təbii resurslarımız, həm güclü ordumuz, həm güclü iqtisadiyyatımız, vahid xalqımız, vətəndaş həmrəyliyimiz və hərbi sənaye kompleksimiz mövcuddur və belə olduqda da heç bir qüvvə bizə nəyisə diqtə edə bilməz.
Bəli, Azərbaycan xalqı qəhrəman, vətənpərvər xalqdır. Öz prezidentinin ətrafında sıx birləşərən bütün çətinliklərə sinə gərməyə hazırdır.  
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 16 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO

Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib. KONKRET. -a istinadən xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanl

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az xeber son xeber az cəbhədən son vəziyyət