Zaqatalada yanğın zamanı nənə və nəvə XƏSARƏT ALDI
Zaqatalada fərdi yaşayış evində yanğın olub, evdə kirayədə yaşayan nənə və körpə nəvəsi yanıq xəsarətləri alıb.
KONKRET.az xəbər verir ki, yanğın hadisəsi gecə saat 01:20-də Zaqatala şəhəri, Qarabağ küçəsində Reyhan Davud qızı İsmayılova məxsus, ümumi sahəsi 40 kv/m olan, üç otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin 18 kv/m-lik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb.
Yanğın zamanı evdə kirayədə yaşayan rayon sakini, 1980-cı il təvəllüdlü Elnarə Məhəmməd qızı Qurbanova və onun körpə nəvəsi 2021-ci il təvəllüdlü Elay Famid qızı Dəmirova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. E. Qurbanova və nəvəsi E. Dəmirova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara üzün, boyunun və yuxarı ətrafların 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, müalicələri xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.//APA
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır