Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi - FOTO
QHT rəhbəri, özünü jurnalist kimi təqdim edən Zaur Mirzəzadə həbs edilib.
KONKRET.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün onun barəsindəki dələduzluq ittihamı ilə bağlı cinayət işinə Bakı Apellyasiya məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni qərara əsasən, Z.Mirzəzadə məhkəmə zalında həbs edilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Mirzəzadə barəsində şərti cəza verdiyi üçün o, azadlıqda qalmışdı.
Zaur Mirzəzadə "bakutime.az" saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri kimi tanınıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ
Qızıl ucuzlaşdı - Yeni qiymətlər
"Qızıl top"un sahibi bəlli oldu
İnfantinodan "Sabah" – "Qarabağ" oyunu ilə bağlı paylaşım – FOTOLAR
Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş
Bu gecə "Qızıl top"un sahibi müəyyənləşəcək
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə
Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"