Zaxarova Paşinyana hədə-qorxu GƏLDİ
"Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı arqumentlər, xüsusən də oradakı vəziyyət fonunda tamamilə anlaşılmazdır".
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nikol Paşinyanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş sülhməramlılarla bağlı bəyanatını şərh edərkən bildirib.
"Bu, cənab Paşinyanın istəyidir, amma mən başa düşə bilmirəm? O nə danışır? O, belə olmasını istəyir?", – deyə Zaxarova soruşub.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bəzi məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir:
"Hamıya məlumdur ki, rus sülhməramlıları mühüm funksiyaları yerinə yetirirlər. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər? Təəssüf ki, Ermənistan rəhbərliyi bəzi məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir. Ona görə də biz çox istərdik ki, bu məsələdə heç bir anlaşılmazlıq olmasın".
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi