Zəfər Kubokunun final proqramı AÇIQLANDI
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda final oyununun proqramı müəyyənləşib.
KONKRET.az xəbər verir ki, mayın 4-də – İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na – mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edəcək. Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri saat 10:00-da mərhumun ailə üzvləri ilə birlikdə E.Əşrəfoğlunun Saray qəbiristanlığındakı məzarını ziyarət edəcəklər.
Saat 13:00-da Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq görüşü start götürəcək. Deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov, Hikmət Babaoğlu və Ceyhun Məmmədov yer alacaq. Məşqçi funksiyasını isə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yerinə yetirəcək.
"Suqovuşan" komandasının heyəti isə Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olacaq. Komandanı məşqçi kimi meydana Rəşad Baxşəliyev çıxaracaq.
Xatırladaq ki, Milli Məclisin deputatları Zəfər Kubokunun oyunları zamanı fəxri qonaq qismində iştirak ediblər. Onlar belə bir turnirin təşkilinə böyük önəm verərək, jurnalistlərlə yoldaşlıq görüşü keçirməyə hazır olduqlarını bildiriblər. Qazi jurnalistlərlə deputatlar arasındakı görüş məhz bu təşəbbüsün nəticəsi, müharibə veteranlarına və Zəfər Kubokuna verilən dəyərin təzahürüdür.
Zəfər Kubokunun Təşkilat Komitəsi anlamlı oyunda iştirak etməyə razılıq verən deputatlar və qazilərdən ibarət komandaların üzvlərinə təşəkkürünü bildirir.
Saat 13:45-də isə "Xocavənd" və "Ağdam" komandaları arasında final oyunu təşkil olunacaq. Milli Məclisin deputatları bu qarşılaşmada da fəxri qonaq qismində iştirak edəcəklər. Onlar oyundan sonra mükafatlandırma mərasiminə qatılaraq, müxtəlif nominasiyalarda fərqlənənləri təltif edəcəklər.
Fəxri qonaqlar sırasında minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri də olacaq. Onlar baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında tədbirə qatılacaqlar.
Bundan başqa Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və "TT Fight Club"un direktoru Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Ş.Abbasov Zəfər Kubokunun ən yaşlı oyunçusu, "Suqovuşan" komandasının qapıçısı, Mahir Süleymanovu (61 yaş) da mükafatlandıracaq.
Qalib komandaya Zəfər Kuboku, 2 000 manat pul mükafatı, finalçıya isə 1 200 manat pul mükafatı veriləcək. Hər iki komandanın üzvləri diplomlarla da təltif olunacaqlar.
Eyni zamanda Mətbuat Şurasının sədri Əflatun Amaşov Ən yaxşı qapıçı, Ən məhsuldar oyunçu və Ən yaxşı futbolçuya pul mükafatı təqdim edəcək.
Turnirin yüksək səviyyədə keçirilməsində əməyi olan Təşkilat Komitəsinin üzvləri, hakimlər və könüllülər də mükafatçılar sırasında yer alacaqlar.//Report

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi