Zəfər paradı böyük qələbəmizin rəmzidir

Zəfər paradı böyük qələbəmizin rəmzidirPrezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazananaraq, 44 günlük Vətən müharibəsində Zəfər tariximizi çoxəsrlik salnaməmizə əbədi olaraq həkk etdi. Azərbaycanın Zəfəri həm güclü daxili siyasətin, həm məqsədyönümlü diplomatik əlaqələrin, həm də hərbi sahədə böyük inkişafın məntiqi nəticəsidir. Azərbaycan Prezidenti çıxışlarının birində vurğuladığı kimi, "Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi." 
Tarixdə görünməmiş 44 gün ərizində qazanılan Zəfər "Dəmir Yumruğ"un qarşısında hansısa bir gücün dayana bilmədiyini bütün dünyaya göstərmiş oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış və milli qürurumuzun təntənəsinə çevrilmiş Vətən müharibəsi dövründə Ermənistanın ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Azərbaycan öz ordusun gücü ilə tarixi qələbəni yaşamış oldu. Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq dövlət başçısının ətrafında birləşdi. Qələbəmizi şərtləndirən bu və ya digər amillər müharibə zamanı hər gün bizi qələbəyə doğru yaxınlaşdırdı.
İki il bundan əvvəl dekabrın 10-da ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olan Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı Vətən müharibəsindəki qələbəmizin nümayişi döyüşlərdən qalib çıxmış bir xalqın qalibiyyət yürüşü idi. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir". Xalq səbirsizliklə Zəfər paradını, Şuşa şəhəri azad edildikdən sonra, cəsur və igid hərbçilərimiz tərəfindən orada ucaldılmış Zəfər bayrağını görmək istəyirdi. Zəfərin rəmzi - Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirildi. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, eləcə də müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin və s. ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi də qalib və qüdrətli Azərbaycanından dünyaya çox mühüm mesaj oldu. Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etməsini, dünyaya öz haqqını, ərazi bütövlüyünü müdafiə etməyə qadir gücü və ordusu olduğunu göstərə bildi.
Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın eləcə də, qardaş dövlətdən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərin iştirakı dövlətlərarası münasibətlərin, birliyimizin, dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi idi. Əlbəttə ki, iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq və hər zaman qürurverici amil olaraq xatırlanacaqdır. Vətən müharibəsinin ilk saatlarından etibarən, Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi və dövlətimizin başçısı çıxışında vurğuladığı kimi, "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk".
Bu parad bir daha göstərdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən illər ərizində ordu quruculuğu prosesi uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Eyni zamanda, Zəfər paradı düşmənə verilən növbəti mesaj oldu.
Artıq iki ilə əvvəl qələbə qazanmış Qarabağ və Şərqi Zəngəzur da yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. "Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq", - deyə Prezident bildirib. Müharibədən iki il bir ay keçməsinə baxmayaraq, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizdə həyata keçirilən tədbirlərin miqyası günü-gündən genişlənir. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan etməsi, eləcə də həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Bölgədə nəqliyyat kommunikasiyalarının bərpası, iqtisadi əlaqələrin yaradılması regionda uzunmüddətli sülh və təhlükəsizliyə töhfə olacaq. Bir sözlə qeyd etmək istəyirəm ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.
Ruslan Ağamalıyev, 157 nömrəli tam orta məktəbin Tarix müəllimi, Vətən müharibəsi iştirakçısı / azxeber.com

Sosial       Tarix: 07 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.   -a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub. İttiham aktın

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki

AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 22-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. -a AMB-dən verilən məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat təşkil edib. Digər əsas valyutalara gəlincə

Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub

İyunun 22-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir. xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov "Teleqraf"

WhatsApp'da nömrəsiz mesajı belə göndərmək olar

"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi yeni funksiyanı təqdim etməyə hazırlaşır. -a istinadən xəbər verir ki, dünyada ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp gizliliyi artıracaq "istifadəç

Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb. xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dər

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq. 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq. Belə ki, "Əmək pensiyaları haqqında"


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar cəbhədən son durum axsam.az xeberler azerbaycanda son xeberler