Zəfər seçkisi ilə yeni Zəfərlərə doğru

Zəfər seçkisi ilə yeni Zəfərlərə doğruFevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.
Yeni dövrün hədəflərindən bəhs etmədən əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycanın son 20 ildən artıq dövrdə keçdiyi inkişaf yoluna, imza atdığı zəfərlərə diqqət yetirməliyik. Bu gün qalib Azərbaycanın vətəndaşı olmağımız ilə qürur duyduğumuza görə qalib Lider İlham Əliyevə, rəşadətli Ordumuza borcluyuq. 2003-cü ildən Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdurdu. İlham Əliyev 2003-cü ildə xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilməsindən sonra andiçmə mərasimində bu çağırışı etmişdi: "Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir".
Dövlətimizin başçısı 20 ildən sonra - 2024-cü ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən Zəfər seçkilərində xalqın 92,12 faiz səsini qazandı və andiçmə mərasimində böyük qürur, xoşbəxtlik hissi ilə bildirdi ki, qarşıda duran bütün vəzifələr icra edildi. Bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər, problemlər olsa da, Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Liderinə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır.
Dövlət başçısının hər bir çağırışı günbəgün güclənən Azərbaycanın uğurlu gələcəyinə yönələn mühüm addım, görüləcək işlərin yol xəritəsidir: "Prezident İlham Əliyev Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dünyanı heyrətləndirən uğurlara malik olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Hazırda ölkəmizin dayanıqlı iqtisadiyyata malik olması və gələcəkdə də onu təmin etmək üçün böyük potensialın mövcudluğu yeni hədəflərin müəyyənləşdirilməsində öz sözünü deyir. İqtisadi müstəqilliyimiz siyasi mövqeyimizi daha da möhkəmləndirir. Xarici siyasətimiz daxili siyasətin davamıdır. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq nüfuzunun möhkəmlənməsində əsas amildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi."
Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçidir. O, yaranan qlobal çağırışları və ölkənin potensialını nəzərə almaqla daim yeni paradiqmalar müəyyənləşdirir, qarşıya strateji vəzifələr qoyur və hədəflərə çatmaq üçün zəruri tədbirlər görülməsini təmin edir. Azərbaycan məhz bu yolla özünün inamlı inkişafını təmin edir. İlham Əliyev ilk dəfə 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Prezidenti seçilib. O, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqı əmin etmişdi ki, qarşıda duran bütün vəzifələri icra etməyə, Ona bəslənən yüksək etimadı doğrultmağa çalışacaq. Aradan 20 il ötüb. Bu illər uğurlarla, qələbələrlə dolu illər olub.
Möhtərəm Prezident deyib ki, azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi planlaşdırırlır. "Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq", - dövlət başçısı andiçmə mərasimində bildirib.
Bir sözlə, yaxın illərdə ölkədə ciddi quruculuq işləri aparılacaq, insanların həyat şəraiti yaxşılaşdırılacaq, yeni istehsal sahələri yaradılacaq, ölkənin öz resursları hesabına ərzaq təminatı yaxşılaşacaq. Təki sağlıq və salamatlıq olsun. Ağır illər geri dönməsin.
Əslində, 7 fevral seçkilərində Azərbaycan xalqı qələbə qazandı. Çünki Zəfər seçkilərində xalqına verdiyi bütün vədlərinə sadiq qalaraq qeyd etdiyi kimi hər bir azərbaycanlının prezidenti olan xalqın lideri İlham Əliyev qalib gəldi. Prezident İlham Əliyev hər birimiz  üçün elə Azərbaycan qədər əzizdir. Hazırda hamımız bu tarixi anları yaşayarıq, Azərbaycan vətəndaşı, arzuların gerçəkləşdiyi qalib ölkə olmağımızdan fəxarət hissi keçiririk. Sözsüz, bu şanlı tarix gələcək nəsillər üçün həmişə qürur mənbəyi olacaq, böyük zirvələr fəth etmələrinə işıq tutacaq.
Prezidentimiz xalqımızın indiki etima¬dının cavabında yenidən And İçdi! Yaşa və yarat cənab Prezident! Yaşa və yarat ki, Azərbaycanın müstəqil güclü dövlətçi¬liyi daim yüksək zirvələrdə olsun!
Naftalan şəhər sakini Faiqə Ağayeva  / azxeber.com

Siyasi       Tarix: 17 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az son xeberler cəbhədən son məlumatlar metbuat dunya xeberleri