Zəfəranın qiyməti rekord SƏVİYYƏDƏ ARTDI
Qlobal iqlim və su qıtlığı İranda zəfəran biznesinə mənfi təsir göstərib. Belə ki, məhsuldarlıq azalıb. Bu isə dünyanın ən bahalı ədviyyatının qiymətlərinə ciddi təsir göstərib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İranın şərqində, zəfəran plantasiyaları ilə məşhur olan Xorasan bölgəsində məhsuldarlıq ötən ilə nisbətən yarıbayarı azalıb.
İranın ən böyük istehsalçısı və ixracatçısı Novin Saffron şirkətinin icraçı direktoru Əli Şəriəti-Moghaddam deyib ki, "Ümumi istehsalın təxminən 400 tondan 170 tona düşəcəyi gözlənilir".
Şaxtalı qış, quru yaz və 50 dərəcə Selsiyə çatan yay istisi Əfqanıstanla sərhədə yaxın bölgəyə dağıdıcı təsir göstərib. 2000 yerüstü su mənbəyinin hamısı demək olar ki, quruyub.
Nəticədə daxili bazarda premium zəfəranın qiyməti 1 kiloqramı 1400 dollara qədər – keçən illə müqayisədə iki dəfə bahalaşıb. Tədarükçülərin fikrincə, 1 kiloqram ədviyyatın qiyməti 1800 dollara çata bilər.
Qeyd edək ki, 1 kq ədviyyat istehsal etmək üçün 170 minə qədər çiçək lazımdır. Məhsul oktyabr və noyabr aylarında səhər tezdən əl ilə toplanır, bundan sonra çiçəklərin stiqmaları qurudulur. Dünyada zəfəran istehsalının 90%-dən çoxu İrandan gəlir.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR