Zelenski: İndi Rusiya ilə danışıqlar aparmaq vaxtı deyil
Ukrayna prezidenti Volodimir Zelenski G7 liderlərinə videobağlantı vasitəsilə müraciət edib. O, Rusiya ilə danışıqlar üçün şərtlərin hələ "yetişmədiyini" bildirib, çünki o, daha "güclü mövqe" tutmaq istəyir.
KONKRET.az xəbər verir ki, Ukrayna prezidenti Telegram hesabında G7 ölkələrinə "Rusiya işğalına qarşı mübarizədə" hərbi və maliyyə yardımına görə təşəkkür edib. O, həmçinin Rusiya Federasiyasından neftin qiymətinin məhdudlaşdırılması da daxil olmaqla, Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinə çağırıb.
Almaniyanın sədrliyi ilə keçirilən G7 Liderlər Zirvəsi iyunun 26-dan 28-dək Bavariyada keçirilir. Birləşmiş Ştatlar bildirib ki, sammit Rusiya ixracına görə ticarət rüsumlarının artırılmasından əldə olunan pulun Ukraynaya göndərilməsinə artıq razılıq əldə edib. Vaşinqton təqribən 2,3 milyard dollar dəyərində 570 rus malına yüksək tariflər tətbiq etmək istəyir.
Roman Göytürk,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?