Zelenski "Yeni Ukrayna" qurmaq istəyir: "Sübut edə bilərik"
Ukrayna prezidenti Vladimir Zelenski, gələcək Ukrayna üçün düsturun beş komponentini açıqlayıb.
xəbər verir ki, Zelenskinin "Yeni vaxt" jurnalına verdiyi müsahibəsində sadaladığı komponentlər arasında sülh və demokratiya da var:
"Sülhsüz heç bir inkişafdan söz gedə bilməz. Biz sülhü öz şərtlərimiz çərçivəsində istəyirik. Yəni, ərazilərin və xalqımızın Ukraynaya qayıtması ilə. İkinci faktor hər kəs üçün məcburi olan təsirli qurumlar və şəffaf oyun qaydalarıdır. Bura korrupsiya üzərində qələbə və hamının qanun qarşısında bərabərliyi daxildir. Üçüncü faktor investisiya amilidir. Bunun üçün biznesin inkişafına maneələri və lazımsız qaydaları aradan qaldırmaq lazımdır".
Prezidentin sözlərinə görə, növbəti komponent keyfiyyətcə fərqli infrastrukturun yaradılmasıdır: "Bura tibb, təhsil, maliyyə, kommunal və rəqəmsal xidmətlər, enerji daxildir. Sonuncu faktor demokratiyadır. Deklorativ deyil, real olan demokratiya. Hansı ki, xalq hətta prezidentin verəcəyi qərarlara təsir göstərə biləcək. Hazırda Ukrayna qlobal liderliyə iddia edə bilməz. Lakin dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilə bilər. Mümkünsüzün mümkün ola biləcəyini sübut edə bilərik. Bunu dostlarımız və düşmənlərimizdən öncə özümüzə sübut etməliyik". /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək