Zelenskidən bakılı müğənniyə QADAĞA - FOTO
Məlum olduğu kimi, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 119 mədəniyyət və incəsənət xadiminə qarşı sanksiya imzalayıb.
KONKRET.az xəbər verir ki, qadağa qoyulan sənətçilər arasında rusiyalı aktyor, müğənni, şoumen və idmançılar da var.
Qadağa ilə üzləşən sənətçilərdən biri Rusiyanın Xalq artisti Larisa Dolinadır. Qeyd edək ki, yəhudi əsilli müğənni 1955-ci ildə Bakıda doğulub. Onun 3 yaşı olarkən ailəsi doğma şəhərləri olan Odessaya, daha sonralar isə Rusiyaya köçüb.
Qadağa qoyulan digər məşhur sənətçilər aşağıdakılardır: İrina Alleqrova, Maksim Averin, Dima Bilan, İqor Butman, Aleksandr Buynov, Polina Qaqarina, Filipp Kirkorov, Sergey Lazarev, Qriqori Leps, Nikita Mixalkov, həmçinin Ukrayna vətəndaşları, müğənni Lolita Milyavskaya, teleaparıcı Janna Badoeva və ukraynalı futbolçu, millinin sabiq kapitanı, Rusiyanın "Zenit" klubunda baş məşqçi köməkçisi işləyən Anatoli Timoşçuk.
Sanksiya tətbiq edilən şəxslərin 10 il ərzində Ukraynaya girişi, eyni zamanda onların bu ölkədəki kapitalının çıxarılması qadağan olunub.
Musavat.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO