Zəlzələ bölgəsi niyə Ərdoğana səs verdi? - Maraqlı səbəblər

Zəlzələ bölgəsi niyə Ərdoğana səs verdi? - Maraqlı səbəblər"Əslində, Ərdoğan iqtidarı dövründə bu kimi ekstremal vəziyyətlərdə həyata keçirilən operativ tədbirlər nəticəsində xalqda belə bir qənaət formalaşıb ki, nə qədər ağır və çətin situasiyaların baş verməsindən asılı olmayaraq, yenə də bu vəziyyətdən düzgün çıxış yolunu təqdim edə biləcək qüvvə Prezident Rəcəb Tayyib Ərdoğan və onun partiyasıdır". 
KONKRET.azxəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında "Türk İslam Araşdırmaları Mərkəzi"nin sədri, siyasi şərhçi Telman Nüsrətoğlu deyib.
O, Türkiyənin OHAL (Fövqəladə vəziyyət) elan edilmiş 10 vilayətinin (Şanlıurfa, Adıyaman, Hatay, Osmaniye, Adana, Kahramanmaraş, Gaziantep, Malatya, Diyarbakır, Kilis) 7-də Prezident R. T. Ərdoğanın rəqibi Kemal Kılıçdaroğlunu əzici fərqlə üstələməsinin səbəblərindən söz açıb.
T. Nüsrətoğluya görə, burada reflekslər də önəmlidir:
"Xüsusilə də zəlzələ bölgəsindəki insanlarda dövlət və millət refleksləri ön plana çıxmaqdadır. Çünki oralar Anadolu bölgəsi olduğuna görə, daha çox Türkiyə üzərindəki hesablar, Türkiyənin imperialist qüvvələrin hədəfi halına gətirilməsi, təhlükəsizlik qayğıları oradakı seçicinin də qərarlarına təsir edib.
Başqa bir amil zəlzələdən dərhal sonra orada operativ şəkildə həyata keçirilən fəaliyyətlərdir ki, bunu da seçici gördü. İlk dövrdən etibarən dövlət operativ şəkildə bölgədə fəaliyyət göstərdi və seçicilər də bunu gördü".
Analitik aydınlaşdırıb ki, 6 fevral zəlzələsinin cümhuriyyət tarixinin ən böyük zəlzələsi olmasına baxmayaraq, bu qədər əhalinin çadırlarla, keçici evlərlə təmin edilməsi, üstəlik, sürətli bir şəkildə kənd evlərinin inşasını başa çatdıraraq insanlara təhvil verilməsi, habelə bunların hamısının göz önündə olması zəlzələ bölgəsindəkilərə əyani şəkildə "Millət İttifaqı" ilə "Cümhur İttifaqı"nın yanaşmasını müqayisə etmək imkanı yaratdı ki, bu da üstünlük sıralamasında özünü büruzə verdi:
"Digər tərəfdən, zəlzələnin olduğu bölgələrə baxdığımız zaman görürük ki, orada onsuz da "Cümhur İttifaqı"nın güclü bir elektoratı var. Çünki həmin region milliyyətçi-mühafizəkar həssaslığa bağlı olan bölgələrdir. Dolayısı ilə, bu da onların qərarlarına ciddi şəkildə təsir edib".
"Burada müqayisə məsələsi var. Çünki fövqəladə vəziyyətin elan olunduğu 10 vilayətdə olanlar da nəticədə Türkiyə seçicisidir və onlar da sabitlikdən dolayı bu qərarı alıblar. Yəni qeyri-müəyyənlik, müxalifət koalisiyası arasındakı fərqli fikirlər və ideologiyaların sabahkı Türkiyə iqtidarında necə əks olunacağını bilmədiklərinə görə, təbii ki, onlar daha çox əmin olduqları qüvvədən – Ərdoğandan yana bir mövqe ortaya qoymuş oldular", – Telman Nüsrətoğlu fikirlərini tamamlayıb.

Siyasi       Tarix: 17 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xabarlar cəbhədən son görüntülər krimnal xeber