Zəlzələ, ya nüvə sınağı? - Seysmoloqdan SENSASİON açıqlama

Zəlzələ, ya nüvə sınağı? - Seysmoloqdan SENSASİON açıqlamaİranın nüvə silahını sınaqdan keçirdiyi iddiaları yenidən gündəmdədir. Bu həftənin bazar ertəsi günü İranın 4,6 bal gücündə bir seysmik hadisə yaşandığı barədə xəbərlər yayıldı, lakin seysmoloqlar seysmik sıxılma dalğasının qeydə alınmadığını bildirərək şübhələri artırdı.
KONKRET.az xəbər verir ki, hadisənin zəlzələ deyil, nüvə silahının sınağı ola biləcəyini irəli sürənlər oldu. Xüsusilə, seysmik stansiyanın heç bir afterşok qeydə almaması bu ehtimalı daha da gücləndirdi. İran isə bu iddiaları təkzib edib.
Bu kontekstdə İran parlamentinin bəzi üzvləri Ali Milli Təhlükəsizlik Şurasını nüvə silahının hazırlanmasına icazə verməyə çağırıb. Parlamentdə 39 nəfərlik qrupun üzvləri bu məqsədlə məktub imzalayıb. Məktubu imzalayan deputat Həsənəli Əhlaki Əmiri İranın nüvə sahəsində müdafiə siyasətinə yenidən baxılmasını tələb edib.
Digər tərəfdən, "The Times" qəzeti, MAQATE-nin keçmiş rəsmisi Olli Heynonenin İranın gələn ilin aprel ayına qədər 10 nüvə başlığına malik ola biləcəyini iddia etdiyini yazıb.
Məsələ ilə bağlı Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Musavat.com saytına açıqlamasında bildirib ki, seysmik dalğaların xüsusiyyətlərinə əsaslanaraq yeraltı təkanların zəlzələ yox, partlayış ola biləcəyini düşünmək olar:
"Zəlzələlər xırda təkanlarla başlayır və dalğalar fərqli istiqamətlərə yayılır. Afterşoklar müşahidə olunmadıqda, bu, partlayış ehtimalını gücləndirir. Yerin altında belə bir partlayış olarsa, bu, təbiət hadisəsi ola bilməz."/musavat.com

İdman       Tarix: 10 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Millimizə məğlubiyyətdən sonra istefaya göndərildi

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb. -a istinadla xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb. Yankauskasın istefaya göndərilməsi haqda qərar onun iştirakı il

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər qarabag valyuta cəbhədən son durum