"Zəlzələdən zərər çəkən güneyli soydaşlarımıza dəstəyimizi əsirgəməməliyik" - MÜRACİƏT
Güney Azərbaycanın Xoy şəhərində və ətraf kəndlərdə baş verən zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz- eşiksiz qalaraq, aclıq və səfalətlə üzləşib.
Hər zaman Azərbaycan türklərinə qarşı ögey və düşmən münasibət bəsləyən Tehran rejimi soydaşlarımıza çox vacib olan həyati əhəmiyyətli ilkin yardımların edilməsini belə yubadır və ya ümumiyyətlə etmir. Bu gün Xoy şəhərində və ətraf kəndlərdə insanlıq dramı yaşanır. Uşaqlar, qadınlar, qocalar, xəstələr soyuqdan və aclıqdan əziyyət çəkir. Xoylu soydaşlarımızın yaşadığı faciəyə bir millət kimi dərhal təpki verməli, birliyimizin möhkəmlənməsinə xüsusi diqqət göstərməliyik.
Köməyə ehtiyacı olan bacı və qardaşlarımıza maddi və mənəvi dəstəyimizi əsirgəməməliyik. Onların ümid dolu baxışları Azərbaycan Respublikasına dikilib.
Azərbaycan Bütövlük Platforması olaraq ölkə vətəndaşlarımıza, ziyalılarımıza, yaradıcı insanlarımıza, iş adamlarımıza, vətəndaş cəmiyyəti fəallarımıza, siyasi partiyalara, və xüsusilə də dövlət başçısı cənab Prezdent İlham Əliyevə müraciət edirik:
Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin xətti ilə soydaşlarımıza onların daha çox diqqətə və qayğıya ehtiyacları olduğu vaxt maddi və mənəvi dəstəyimizi əsirgəməyək.
Vaxtilə qardaş Türkiyə Cumhuriyyətində zəlzələ və meşə yanğınları olan zaman Azərbaycan dövlət və millət olaraq anadolulu qardaşlarımıza özünün maddi və mənəvi dəstəyini verdi. O ibrətamiz münasibət bir daha təkrarlanmalı, bu gün də Azərbaycan dövlət və millət olaraq ağır vəziyyətdə olan güneyli soydaşlarımıza özünün maddi və mənəvi dəstəyini verməlidir.
Əziz soydaşlarımız!
Zaman birlik və bərabərlik zamanıdır.
Bütün vətəndaşlarımızın bu çağırışa qoşulmasi diləyi ilə
Azərbaycan Bütövlük Platforması
/ konkret.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır