"Zəngəzur dəhlizi ilə bağlı eyni halla üzləşəcəyik" - Qeqamyan
"Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır. Zəngəzur dəhlizi ilə bağlı eyni halla üzləşəcəyik".
KONKRET.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan yazıb.
"Bir daha açıq-aşkar faktlara baxaq.
2022-ci ilin oktyabrında Praqada təslim olan Paşinyan nəhayət rəsmi şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa razılıq verdi.
Bundan sonra heç bir vasitəçi tərəf, o cümlədən Rusiya və ya İran indi Qarabağın Azərbaycandan kənarda olması məsələsini bəyan edə bilməz.
Çünki Ermənistanın faktiki lideri erməni tərəfinin rəsmi nümayəndəsi kimi, yəni biz ermənilər Qarabağın Azərbaycanın tərkibində olmasının tərəfdarıyıq. Və bu, faktdır, fikir deyil.
Bu mənada Zəngəzur dəhlizi ilə bağlı da eyni halla üzləşəcəyik.
Yeganə çıxış yolu de-fakto Türkiyəyönlü hakimiyyət orqanlarının heç bir "amma" olmadan idarəetmədən kənarlaşdırılmasıdır.
Qarabağ "hakimiyyət"i kapitulyantı açıq şəkildə ittiham etməyə davam edərsə, bir neçə aydan sonra onlar ya Bakı həbsxanasına düşəcəklər, ya da İrəvanda evsiz küçələrdə qalacaqlar", – deyə Qeqamyan qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür